Cümə axşamı, 26 Oktyabr 2017 22:04

Transplantologiya şöbəsinin tibb bacıları “1-ci Beynəlxalq Transplantologiya Tibb bacılığı” kursunda

ATU TCK-nın Transplantologiya şöbəsinin böyük tibb bacısı Şəlalə Məlikova və həmin şöbənin tibb bacısı Aygün Əsədova 09.10.2017 – 20.10.2017–ci il tarixində Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində 1-ci Beynəlxalq Transplantologiya Tibb bacılığı kursunda olmuşdular. Kursun məqsədi Transplantologiya tibb bacısının bilik və bacarıqlarını artırmaqdır. Kurs 40 saatlıq nəzəri və 40 saatlıq praktik təlimdən ibarət olub. Kursun sonunda iştirakçıları qiymətləndirmək məqsədi ilə 100 suallıq imtahan təşkil olunmuşdur. Təlim proqramını uğurla tamamlayan iştirakçılar sertifikatla təltif olunublar.