Çərşənbə axşamı, 05 Aprel 2016 11:28

Azərbaycan-Türkiyə 2-ci Bariatrik və Metabolik Cərrahiyyə Günləri keçirildi

28.03.2016 tarixində I cərrahi xəstəliklər kafedrası və Bariatrik və Metabolik Cərrahlar ictimai birliyinin təşkilatçılığı ilə ATU-nun Tədris-Cərrahi klinikasında Azərbaycan-Türkiyə 2-ci Bariatrik və Metabolik Cərrahiyyə Günləri keçirildi. Konfransı rektorun vəzifəsini müvəqqəti icra edən prof. Sabir Əliyev açaraq piylənmə probleminin aktuallığını və iki ölkə arasında qardaş münasibətlər hesabına elmi-praktik inkişafın olmasını xüsusi vurğuladı. Konfrans AMEA-nın müxbir üzvü prof. Nuru Bayramov və Türkiyənin Endoskopik və Laparoskopik Cərrahiyyə Dərniyinin sədri prof. Cavit Avcının sədrliyi ilə davam etdi. Bariatrik və metabolik cərrahlığının ən müasir və aktual məsələlərinə həsr olunmuş çıxışlar və video nümayişlər göstərildi. Konfransın sonunda piylənmədən əziyyət çəkən mürəkkəb xəstədə Türkiyənin Piylənmə Cərrahiyyəsi Cəmiyyətinin sədri, Türkiyədə bariatrik cərrahlığının əsaslarını qoyan cərrahlardan biri prof. Mustafa Taşkın əməliyyat apararaq konfrans iştirakçılarına canlı göstərdi və əməliyyat boyunca şərhlərini verərək suallara cavab verdi.

Azərbaycan-Türkiyə 2-ci Bariatrik və Metabolik Cərrahiyyə Günləri

 

Azərbaycan-Türkiyə 2-ci Bariatrik və Metabolik Cərrahiyyə Günləri

 

Azərbaycan-Türkiyə 2-ci Bariatrik və Metabolik Cərrahiyyə Günləri

 

Azərbaycan-Türkiyə 2-ci Bariatrik və Metabolik Cərrahiyyə Günləri