Cümə, 20 May 2016 11:34

Endokrin cərrahlıq üzrə simpozium keçirildi

21 may 2016-ci il tarixində Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında “Endokrin Cərrahlıq” adlı simpozium keçirildi. Simpozimun endokrinologiyada ən çox yayılmış qalxanabənzər vəzi xəstəliklərinə, həmin xəstəliklərin müasir müayinə və müalicə üsullarına həsr olunmuşdur. Seminara Türkiyə Respublikasından bu sahənin aparıcı mütəxəssisləri dəvət olunmuşdur. Ankara Universitetindən prof. Seher Demirer, Erzurum Atatürk Universitetindən prof. Güngör Akçay, İstanbul Fatih Universitetindən dosent Halil Erol, Bursa Omena Cərrahlıq Mərkəzindən Dr. Ceyhun İrgil,  Dr. Can Başaran, radioloq Dr. Nuray İpek və Azərbaycan Respublikası Mərkəzi Gömrük Hospitalından patohistoloq prof. İlqar Həsənov maraqlı məruzələrlə çıxış etmişdirlər. Məruzələrdən sonra “Qalxanabənzər vəzi düyünlərində incə iynə aspirasion biopsiya kursu” keçirildi. Kursun keçməsi üçün seçilmiş həkimlərə sağlam qalxanabənzər vəzin ultrasəs müayinəsi aparılaraq məlumat verildi, həmçinin xəstə üzərində ultrasəs müayinəsi nəzarəti ilə düyündən biopsiya aparılması qaydaları göstərildi. Sonra hər iştirakçı hazırlanmış maket üzərində ultrasəs müayinəsi nəzarəti ilə biopsiyanı icra etdi. Simpoziumun keçirilməsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Tibb Universiteti, Ankara Universiteti Tibb Fakultəsi və "Sağlamlıq Naminə Təbiblər" İctimai Birliyi təşkilati kömək göstərmişdilər.