Cümə axşamı, 16 Fevral 2017 02:05

Professor Cüneyt Kayaalpın elmi tədqiqatların aparılması və məqalələrin hazırlanmasına dair mühazirəsi

16 fevral tarixində Türkiyənin İnönü Universitetinin professoru Cüneyt Kayaalp I cərrahi xəstəliklər kafedrasında elmi tədqiqatların aparılmasının zəruriyyəti, müasir standartları, tədqiqatçının maraq və vəzifələri barəsində mühazirə ilə çıxış etdi. Elmi araşdırmaların aparılmasının fəlsəfi məqamları, tədqiqatçının motivasiyası, alınmış nəticələrin təhlili və nəşr edilməsi haqqında ətraflı məlumat verildi. Mühazirə böyük maraqla qarşılandı və geniş müzakirə ilə davam etdi.