Cümə, 07 Aprel 2017 21:31

III Bariatrik-Metabolik konqres keçirildi

7 aprel 2017 tarixində ATU Tədris Cərrahiyyə Klinikasında I cərrahi xəstəliklər kafedrası və Bariatrik və Metabolik Cərrahlar İctimai Birliyinin təşəbbüsü ilə III Azərbaycan-Türkiyə Bariatrik və Metabolik Cərrahiyyə Konqresi keçirilmişdir. Konqresdə Azərbaycan, Türkiyə və Yunanistanın aparıcı bariatrik cərrahları, endokrinoloq və dietoloqları piylənmə və onunla əlaqəli fəsadların müalicəsinə dair maraqlı məruzələr etmişlər. Konqresin gedişində fəal müzakirələr və təcrübə mübadiləsi aparılmışdır. Sonda Bariatrik və Metabolik Cərrahlar İctimai Birliyinin sədri Dr. Taryel Ömərov qonaqlara xatirə hədiyyələrini təqdim etmişdir.