Bazar ertəsi, 18 Dekabr 2017 21:17

Azərbaycan Tibb Universitetinin I Cərrahi xəstəliklər kafedrasının əməkdaşı “34-cü Ulusal Gastroenteroloji elmi-praktik konfrans”ında

ATU-nun I cərrahi xəstəliklər kafedrasının dosenti Tarverdi Rzayev 1-6 dekabr 2017 tarixlərində, Türkiyənin Antaliya şəhərində, beynəlxalq mütəxəssislərin iştirakı ilə keçirilən “34-cü Ulusal Gastroenteroloji elmi-praktik konfrans”da iştirak etmişdir. Bu konfransda qastroenterologiyanın hepatopankreatobiliyar, üst qastrointestinal, koloproktologiya və invaziv endoskopiyanın müasir problemləri müzakirə olunmuşdur. 3 dekabr tarixində dosent, Tarverdi Rzayev konfransda “İzolə olunmuş mədə varikozlarının endoskopik müalicəsi” mövzusunda çıxış etmişdir. Mövzu geniş müzakirə və diskusiyaya səbəb olmuşdur. T.M.Rzayevin bu çıxışı yüksək qiymətləndirilərək konfrans qəzetində çap olunmuşdur. Dos., Tarverdi Rzayev kafedranın səhər toplantısında konfrans haqqında geniş məlumat verərək kafedra əməkdaşlarının və tələbələrin suallarını cavablandırmışdır.