Bazar ertəsi, 18 Dekabr 2017 21:49

Azərbaycan Tibb Universitetinin I Cərrahi xəstəliklər kafedrasının IV kurs rezidenti “5. Ulusal Organ Nakli Koordinasyon sempozyumu”-nda

Azərbaycan Tibb Universitetinin I Cərrahi xəstəliklər kafedrasının IV kurs rezidenti Hüseynova Mehriban dekabr ayının 13-15 tarixlərində Türkiyənin Antalya şəhərində keçirilmiş “5. Ulusal Organ Nakli Koordinasyon sempozyumu”-nda iştirak etmişdir. Konfransın birinci günündə TONV, ONKOD, KND, T.C. Sağlık Bakanı təmsilçiləri çıxış etdilər. Daha sonra orqan köçürülməsi və orqan bağışlama, koordinatorluq, hüquqi məsələlər haqqında maraqlı çıxışlar müzakirə olundu. Konfransın ikinci günündə digər ölkələrdən (İlgiltərə, İspaniya, İran, Latviya, Gürcüstan, İsrail) olan təmsilçilər də öz təcrübələrini bölüşdülər. Konfransın sonuncu günü orqan bağışlama və ordan köçürülməsi menecmentliyi haqqında da mövzular müzakirə olundu.