Şənbə, 03 Mart 2018 21:13

Orqan transplantalogiyasına həsr olunmuş “IV Bakı – Malatya Orqan Transplantologiya Günləri” keçirildi

02.03.2018-ci il tarixdə ATU TCK-nın konfrans zalında ATU-nin I cərrahi xəstəliklər kafedrası və Malatya İnönü Universitetinin Orqan Transplantologiya İnstitunun təşkilatşılığı altında ənənəvi “IV Bakı – Malatya Orqan Transplantologiya Günləri” elmi – praktik konfransı keçirildi. Konfransın giriş sözü ilə ATU TCK-nın direktoru, II cərrahi xəstəliklər kafedrasının professoru, əməkdar elm xadimi Surxay Hadiyev açdı. Əhatəli və maraqlı giriş sözü ilə Malatya İnönü Universitetinin Orqan Transplantologiya İnstitunun direktoru, professor Sezai Yılmaz cıxış etdi. Konfransın elmi hissəsi Dos. Dr. Fatih Özdəmirin “Qaraciyər transplantologiyası. Dünya təcrübəsi” məruzəsi ilə başladı. Sonra I cərrahi xəstəliklər kafedrasını IV il rezidenti Mehriban Hüseynova (Qaraciyər transplantologiyasından sonra biliar fəsadlar), Prof., Cemalettin Aydın  (Pediatrik qaraciyər transplantologiyası), Prof., Ramazan Kutlu (Qaraciyər transplantologiyasından sonra biliar fəsadların radioloji aspektləri), Prof., Burak İşık ( HCC qaraciyər transplantologiyası) maraqlı çıxışlar etdilər və iştirakçıların çoxsaylı suallarını cavablandırdılar. Konfransın sonunda AMEA-nın müxbir üzvü, ATU-nin I cərrahi xəstəliklər kafedrasının müdiri, professor Nuru Bayramov yekun çıxış etdi. O, konfransın faydalı, qarşılıqlı səmərəli olduğunu qeyd etdi, maraqlı çıxışlara görə məruzəçilərə, konfransın təşkili üçün ATU-nun rektoru, ATU TCK-nın direktoruna, Orqan Transplantologiya İnstitunun direktoruna və bütün konfrans iştirakçılarına təşəkkürünü bildirdi.