Cümə, 17 May 2019 00:38

15-16 may tarixlərində Azərbaycan Tibb Universitetində rezidentlərin 7-ci elmi-təcrübi konfransı - ATUREK konfransı keçirilib

Konfrans milli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilib. Kafedramızdan 8 iş təqdim olunmuşdur. 1 iş plenar bölmədə, 3 iş poster məruzəsində, 3 iş sözlü məruzidə təqdim olunmuşdur. Rezidentlərimiz diplom və sertifikatlarla mükafatlandırıldılar. Həmçinin, ATUREK nəzdində kafedramız tərəfindən 2 kurs təşkil edilmişdir. Bunlardan biri “Qaraciyər Elastoqrafiyası” kursu idi. Kursun rəhbəri və icraçısı kafedranın assistenti, tibb üzrə fəlsəfə doktoru Salahova Sevinc elastoqrafiyanın əsasları, qaraciyər elastoqrafiyasına göstərişlər və kliniki əhəmiyyəti barədə məruzə ilə çıxış etmişdir. Sonra isə rezidentlər elastoqrafiyanın xəstə üzərində tədbiq etməsində iştirak etmişlər. Digəri isə I cərrahi xəstəliklər kafedrasının cərrah-endokrinoloqu t.ü.f.d. Azər Hümmətov tərəfində təşkil olunmuş “Qalxanabənzər vəzi xəstəliklərinin cərrahi planlamasında ultrasonoqrafiya və incə iynə aspirasion biopsiya” kursu idi. Kursda qalxanabənzər vəzin patologiyaları, tireoditlərin sonoqrafik görüntüsü, incə iynə aspirasion biopsiya hansı düyünlərə və necə edilməli, prakrik tətbiq etmə barədə məlumatlar verildi.