Bazar, 18 Noyabr 2018 12:04

Əməkdar elm xadimi İsmayıl Məmməd oğlu Məmmədovun 100 illik yubileyinə həsr olunmuş beynəlxalq iştiraklı elmi-praktik konfrans

Əziz həmkarlar! 2019-cu ilin dekabr ayının 19-da Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrasının (Bakı Dövlət Universitetinin Tibb fakultəsinin hospital cərrahiyyə kafedrası) və həmin kafedranın professoru, əməkdar elm xadimi İsmayıl Məmməd oğlu Məmmədovun 100 illik yubileyinə həsr olunmuş beynəlxalq iştiraklı elmi-praktik konfrans keçirilməsi planlaşdırılmışdır. Konfransın materialları Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının "Dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən elmi nəşrlərin müvafiq elm sahələri üzrə siyahısı"na daxil edilmiş respublika səviyyəli elmi jurnallardan birində dərc ediləcəkdir.

Tezislər və elmi məqalələr 2019-cu ilin oktyabr ayının 1-nə qədər Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə klinikasının 10-cu mərtəbəsində (Orqan transplantasiyası şöbəsi) və ya e-mail-lə (Этот адрес электронной почты защищен от спам-ботов. У вас должен быть включен JavaScript для просмотра.) qəbul ediləcəkdir.

Konfransın mövzusu - cərrahi xəstəliklər (ümumi cərrahiyyə, neyrocərrahiyyə, torakal cərrahlıq, ürək-damar cərrahlığı, abdominal cərrahlıq, urologiya, ginekologiya, onkologiya, travmatologiya və ortopediya, estetik və rekonstruktiv cərrahlıq, endoskopik, laparoskopik (torakoskopik), robotik və miniinvaziv cərrahlıq, orqan və toxuma (hüceyrə) transplantasiyası, cərrahlıqda yeni texnologiyalar və innovasiyalar) üzrə politematik

 

Tezislər və elmi məqalələrə qoyulan tələblər:
1. A4 formatında Times NewRoman şrifti, 1,5 intervalda;
2. Tezislər maksimim 350 kəlmədən ibarət olmalıdır: Tezisin adı, müəllifliərin (4-ə qədər) soyadı, inisialı, müəssisə, açar sözlər (3-dən 5-ə qədər), giriş, məqsəd, material və metodlar, nəticələr;

Elmi məqalələr sahə elmi jurnallarının tələblərinə uyğun formatda təqdim edilməlidir:
1. Elmi məqalənin adı, müəlliflərin (7-yə qədər) soyadı, inisialı, elmi müəssisənin, şöbənin, kafedranın, laboratoriyanın və s. adı, açar sözlər, məqalənin yazılmadığı müvafiq 2 dildə xülasə (rezüme, summary), giriş, material və metodlar, nəticələr və onların müzakirəsi, nəticələr və ya yekun, istinad ardıcıllığına müvafiq ədəbiyyat siyahısı (15-ə qədər), cədvəllərə və şəkillərə (o cümlədən rəngli) şəkillərə mətndə istinad.

1 müəllif 2-dən artıq tezis və ya məqalədə ilk müəllif ola bilməz.

Tezislər və məqalələr Azərbaycan, türk, ingilis və rus dillərindən birində yazılmalıdır.
Konfransın elmi dili Azərbaycan, türk və ingilis dilləridir. İstisna hallarda digər əcnəbi dillərdə də sinxron tərcümə şəraitində çıxışlar edilə bilər.

Konfransın beynəlxalq səviyyəli olması planlaşdırıldığından Səhiyyə Nazirliyinə müvafiq CME krediti verilməsi üçün müraciət edilməsi nəzərdə tutulmuşdur.

Əlavə məlumat və məsləhət üçün əlaqələndirici, onun telefon nömrəsi: Dosent Ədalət Rüstəm 050 364 58 00