Cümə, 14 İyun 2019 10:50

Kafedramızın əməkdaşının daha bir uguru

12 iyun 2019-cu ildə Türkiyənin İnönü Üniversitetinin (Malatya şəhəri) Turgut Özal Tibb  Mərkəzinin Qaraciyərr nəqli İnstitutunda eyni 5 xəstəyə yaxınlarından və ailə üzvlərindən alınmış qaraciyər parçaları köçürüldü. Əməliiyatlar ugurla tamamlandı və xəstələr reanimasiya şöbələrində yerləşdirildilər. Bu dünya tibb tarixində unikal hadisə hesab edilərək Ginnesin rekordlar kitabına düşdü.

Cərrahi əməliyyatlar İnstitutun direktoru Prof. Dr. Sezai yılmazın ümumi rəhbərliyi altında 36 cərrahdan (onlardan 20-i dosent və professor), ümumilikdə 100-dən artıq tibb heyətindən ibarət cərrahi briqadalar tərəfindən 13 saat ərzində icra edildi.

Transplantasiya əməliyyatları bitdikdən sonra Malatya valisi Vəli Aydın Baruş, İnönü Üniversitetinin Rektöru Prof. Dr. Ahmet Kızılay, Türkiyə Sağlıq Bakanlığının şöbə müdiri  Prof. Dr. Ahmet Tekin, ABŞ-ın Yale Üniversitetinini Orqan nəqli klinikasının Direktörü Prof. Dr. Şükrü Emre və Azerbaycan Tibb Üniversitetinin I cərrahi xəstəliklər kafedrasının müdiri, Prof., Dr. Nuru Bayramov, Qaraciyər Nəqli İnstitutunun direktoru Prof. Dr. Sezai Yılmaz və b. kütləvi mətbuat işçilərinin qarşısına çıxaraq qısa hesabatla çıxış etdilər. Bu unikal hadisə Türkiyənin elektron və yazılı mətbuatının,  Azərbaycan saytlarının mühüm xəbəri kimi bütün dünyaya yayıldı.

Bu insanlıq adına qardaş Türkiyə adına, Azərbaycan adına qürurverici hadisə kimi tarixə yazıldı. Sevindirici haldır ki, həmin əməliyyatlarda kafedramızın müdiri, AMEA-nın müxbir üzvü, Professor Nuru Bayramov Universitetimizi və ölkəmizi layiqincə təmsil etdi. Bilavasitə transplantasiya əməliyyatlarının yerinə yetirilməsində iştirak və beynəlxalq ekspert qismində şahidlik etdi, böyük tarixi hadisəni yazan dünya şöhrətli alimlərin sırasında ön cərgədə durdu.