Şənbə, 01 Oktyabr 2016 23:52

II Türkiyə-Azərbaycan Ortaq Hepatoloji Kurs keçirildi

01.10.2016 tarixində Türkiyənin Hepatoloji Dərnəyi, Azərbaycan Tibb Universiteti, Tədris-Cərrahi Klinika və I cərrahi xəstəliklər kafedrasının dəstəyi ilə II Türkiyə-Azərbaycan Ortaq Hepatoloji Kurs keçirilmişdir. Kursda Türkiyənin aparıcı elm və təhsil ocaqlarından gəlmiş qaraciyər üzrə mütəxəssislər və Azərbaycanın hepatologiya üzrə çalışan həkim tə tədqiqatçıları maraqlı məruzələr və klinik hadisələrin təqdimatları ilə çıxış etmişdirlər. Kursda iştirak etmiş həkim və rezidentlər böyük maraqla müzakirələrə qatılmışdırlar.