Hazırladı: dosent Əliyev E.
Redaksiya heyəti: t.f.d. Hümmətov A.
1. Qeyri-spesifik xoralı kolit daha çox zədələyir:
A. Qeyri-spesifik xoralı kolit həmişə düz bağırsaqdan başlayır. İstənilən lokalizasiyalı – xoralı kolit zamanı düz bağırsaq prosesdə olduğundan bu bölgənin zədələnməsi daha çox rast gəlinir.
2. Qeyri-spesifik xoralı kolit zamanı biopsiyanın optimal götürülmə yeri haradır?
B. Qeyri-spesifik xoralı kolitin diaqnozu histoloji müayinənin nəticələri ilə təsdiqlənir. Biopsiyanın optimal götürülmə yeri anal həlqədən 7 sm dərinlikdə arxa divar hesab edilir. Bu hissədə iltihabi proses daha çox qeyd edilir.
3. Qeyri-spesifik xoralı kolitin xarakterik əlamətləri hansıdır?
B. Qeyri-spesifik xoralı kolitə xas olan əsas əlamətlər aşağıdakılardır: düz bağırsağın həmişə zədələnməsi, selikli qişa və selikaltı qatın iltihabı, kript abseslərin olması.
4. Kəskin xoralı kolit zamanı seçim əməliyyatı hansıdır?
D. Kəskin xoralı kolit zamanı seçim əməliyyatı düz bağırsağın saxlanılması və ileostoma qoyulması ilə aparılan kolektomiya hesab edilir. Digər əməliyyat növlərinin kəskin dövrdə aparılması məqsədəuyğun sayılmır.
5. Qeyri-spesifik xoralı kolit zamanı yoğun bağırsağın toksiki dilatasiyası diaqnozu nə vaxt qoyulur?
E. Kəskin xoralı kolit yoğun bağırsağın toksik dilatasiyası və perforasiyası ilə ağırlaşa bilər. Rentgenoqrafiyada çənbər bağırsağın diametrinin 6 sm-dən böyük olması toksiki dilatasiyanı göstərir.
6. Qeyri-spesifik xoralı kolitin cərrahi müalicəsində aparılmır:
D. Qeyri-spesifik xoralı kolitin cərrahi müalicəsində yoğun bağırsağın hissəvi rezeksiyası aparılmır. Bu onunla bağlıdır ki, çənbər bağırsağın qalmış hissəsində çox böyük tezliklə residiv baş verir.
7. Qeyri-spesifik xoralı kolit zamanı ilk 10 ilin ərzində maliqnizasiya riski nə qədərdir?
D. Xoralı kolitdə bədxassəli şişin əmələ gəlməsi xəstəliyin müddəti ilə düz mütənasibdir. 1-ci 10- il ərzində 0%, 2-ci 10 ildə 10-15%, 3-cü 10 ildə 20% təşkil edir.
8. Kron xəstəliyi həzm traktının daha çox hansı hissəsini zədələyir?
A.Kron xəstəliyi zamanı bağırsaqların zədələnməsi tezliyi aşağıdakı kimidir:
- ancaq nazik bağırsaq - 30-35%
- ancaq yoğun bağırsaq – 25-35%
- nazik və yoğun bağırsaq – 30-50%
- mədə və onikibarmaq bağırsaq - 5%
9. Kron xəstəliyinin xarakterik əlamətləri hansıdır?
E. Kron xəstəliyinin xarakterik əlamətləri:
- anal bölgədə fistul, çat, infiltratların əmələ gəlməsi,
- qarın boşluğunda bağırsaqlar arasında fistulların əmələ gəlməsi,
- bağırsaq divarında strikturaların əmələ gəlməsi
10. Kron xəstəliyinin histoloji diaqnostikasını təşkil edir:
D. Kron xəstəliyi zamanı histoloji diaqnostikanın əsas kriteriyaları aşağıdakılardır: dərin qranulyasiya, limfadaxili qranuloma, qranulomatoz vaskulit