Azərbaycan Tibb Universitetinin I Cərrahi xəstəliklər kafedrasının bir qrup əməkdaşı Türkiyənin Antalya şəhərində keçirilmiş 19-cu Milli Cərrahi Konqresdə iştirak etmişdir. Konqresdə dünyanın müxtəlif ölkələrindən gəlmiş həkimlər cərrahlığın aktual məsələləri barədə müzakirələr aparmışdır. Bu müzakirələrdə kafedramızın əməkdaşları fəal iştirak etmişdir.