30 və 31 may 2014 tarixlərində ATU-nun I cərrahi xəstəliklər kafedrası və İstanbul Universitetinin Tibb Fakultəsinin birgə təşkil etdikləri Laparoskopik Bariatrik Cərrahi kursu keçirilmişdir. Kurs zamanı Azərbaycan və Türkiyə arasında İnternet vasitəsi ilə canlı bağlantı yaradılmışdır. Müasir bariatrik cərrahlığın aspektləri və perspektivləri Türkiyənin aparıcı mütəxəssislərin çıxışlarında təqdim olunmuş, sonra hər iki auditoriya ilə interaktiv müzakirə edilmişdir. Kurs zamanı laparoskopik bariatrik əməliyyatlar canlı olaraq izlənilmişdir. Kurs Azərbaycanın müxtəlif bölgələrindən gəlmiş cərrahlar tərəfindən böyük maraqla qarşılanmış, gələcəkdə belə kursların davamlı şəkildə təşkil olunmasının vacibliyi vurğulanmışdır.