Çərşənbə axşamı, 18 Dekabr 2018 14:47

“Təməl Cərrahi bacarıqlar” kursunun II - "Təməl laparoskopik bacarıqlar" hissəsi baş tutmuşdur

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının I kurs rezidentləri üçün növbəti "Təməl laparoskopik bacarıqlar" kursu keçirildi. Bu kursda laparoskopik alətlərlə tanışlıq, troakarların yeridilməsi, tikislerin və düyünlərin qoyulması, və s. laparoskopik vərdişlər öyrədildi.

Kursun rəhbəri tibb ü.f.d., ass., Azər Hümmətov və dos., müəllimləri Elmar Şərifov, ass., Elnur Qasımov kursun təşkil olunmasında köməklik etmiş hörmətli rektor, professor, Gəray Gəraybəyliyə, prof., Surxay Hadıyeva, AMEA-nın müxbir üzvü, prof., Nuru Bayramova və Karl Stroz firmasının Azərbaycan nümayəndəliyinə öz təşəkkürlərini bildirdilər.