Məqalə “Elsevier” nəşriyyatının “Scopus” bazasında indekslənən, cərrahiyyə sahəsində yüksək nüfuza malik və Q2 impakt faktorlu “Current Problems in Surgery” jurnalında yayımlanıb.
Tədqiqat çərçivəsində perihilar xolangiokarsinomanın idarə olunmasına dair beynəlxalq klinik təlimatlar müasir süni intellekt alətlərinin — "ChatGPT', "Gemini" və "DeepSeek" platformalarının təqdim etdiyi tövsiyələrlə müqayisəli şəkildə təhlil edilib.
Araşdırmada süni intellekt texnologiyalarının klinik qərarvermədə potensial imkanları, mövcud məhdudiyyətləri və beynəlxalq tibbi tövsiyələrlə uyğunluq səviyyəsi qiymətləndirilib. Əldə olunan nəticələr süni intellektin tibbi praktikada istifadəsinin perspektivlərini və eyni zamanda daha geniş elmi qiymətləndirməyə ehtiyac duyulan istiqamətləri ortaya qoyur.
Qeyd edək ki, bu sahə üzrə mövcud elmi ədəbiyyatda müqayisəli araşdırmaların sayı olduqca məhduddur.
ATU əməkdaşlatının təqdim etdiyi bu tədqiqat isə perihilar xolangiokarsinomanın müalicə və idarə olunmasına dair beynəlxalq klinik təlimatlarla süni intellekt alətlərinin tövsiyələrini sistemli şəkildə müqayisə edən ilk elmi işlərdən biri kimi xüsusi əhəmiyyət daşıyır.
Bu elmi nəticə Azərbaycan tibb elminin beynəlxalq səviyyədə tanıdılması, müasir texnologiyaların klinik praktikaya inteqrasiyası və innovativ tədqiqatların inkişafı baxımından mühüm addım hesab olunur.
https://www.sciencedirect.com/science/article/pii/S0011384026001796?via%3Dihub