Hazırladı: prof. Bayramov N.
Rezident: Hacıbabayev S.
Redaksiya heyəti: t.f.d. Mahmudov M, t.f.d. Hümmətov A.
Rezident: Mürvələdova N.
1. Vizualizasion (görüntüləmə) əlamətlə-rindən hansı qaraciyərin yağlı dəyişik-likləri üçün daha spesifikdir?
D. Bu əlamətlərin hamısı yağlı dəyişikliklər və törəmələr üçün (yağlı qaraciyər, lipoma, angiomiolipoma, siderotik adenoma, yüksək differensiasiyalı HSX, lokal yağlanma) xarakterik əlamətlərdir. Lakin bunların arasında ən spesifik olanı yağın supressiya rejimində siqnalın itməsidər.
2. Qaraciyərin hansı xoşxassəli törəməsi zamanı mütləq müalicə - rezeksiya lazımdır?
C: Lipoma, angiomiolipoma, bəsit sistlər və fokal nodulyar hiperplaziya böyüməyə, ağırlaşmaya və malignizasiyaya meylli törəmələr deyil və müşahidə yetərlidir. Hepatik adenoma isə qanaxmaya (30%) və malignizasiyaya (10%) meylli olduğundan rezeksiya edilməlidir.
3. Hansı törəmədə öd kanalları tapılır?
D. Hepatik adenoma, düyünlü transformasiya və sirrotik düyün öd ifraz edən hepatositlərdən təşkil olunan törəmələrdir, lakin xarakterik olaraq klassik qapı üçlüyü və öd kanalcıqları olmur. Yəni arxitektonikanın pozulması nəticəsində öd kanalcıqları "itir". Metastazların strukturu əsas aldığı orqanın toxumalarına bənzərdir. Fokal nodulyar hiperplaziyada isə fibroz arakəsmələrdə zəif də olsa öd kanalcıqları olur.
4. Qaraciyər törəmələrinin əksəriyyətində hüceyrənin dəyişikliklərindən asılı olmayaraq paycıq arxitektonikası (qapı üçlüyü, sinusoid, öd kanalcıqları, hepatosit düzülüşü, mərkəzi vena) pozulur. QC-in törəmələri arasında paycıq arxitektonikası ən çox qorunan törəmə hansıdır?
D: Hepatik adenoma, düyünlü transformasiya və sirrotik düyün öd ifraz edən hepatositlərdən təşkil olunmuşlar, lakin onlarda xarakterik olaraq klassik qapı üçlüyü və öd kanalcıqları olmur. Arxitektonikanın pozulması nəticəsində kanalcıqlar "itir". FNH-da isə fibroz arakəsmələrdə zəif də olsa öd kanalcıqları olur.
5. Fokal nodulyar hiperplaziya ilə əlaqədar bu ifadələrin hansı yanlışdır?
A: Fokal nodulyar hiperplaziya xoşxassəli törəmədir və hepatositlərin arteriya ətrafında regenerasiyası nəticəsində əmələ gəlir. Fokal nodulyar hiperplaziyada mərkəzində çapıq, mərkəzi qidalandırıcı arteriya var və fibroz arakəsmələr parenximanı paycıqlara ayırır. Fokal nodulyar hiperplaziya neoplastik törəmə deyil və xərçəngönü xəstəlik hesab edilmir.
6. Qaraciyərin fokal nodulyar hiperplaziyasında aşağıdakılardan hansı rast gəlmir?
C: Qanaxma, kalsifikasiya və yağlanma tipik fokal nodulyar hiperplaziyalarda görünmür, lakin atipik formalarda nadir təsadüflərdə rast gəlir. Malignizasiya həm tipik, həm də atipik FNH-da rast gəlmir.
7. Aşağıdakılardan hansı qaraciyərdə tipik Fokal nodulyar hiperplaziyanın xarakterik görüntü əlaməti deyil?
A: Mərkəzində çapığın və arteriyanın görünməsi, kontrastsız müayinələrdə qaraciyərdən az fərqlənmə, kontrastlı müayinədə isə arterial fazada hiper, venoz fazada izo və ya zəif hiper görünmə fokal nodulyar hiperplaziyaın xarakterik əlamətləridir. Fokal nodulyar hiperplaziyanın çapıqətrafı parenximası normal hepatositlərdən təşkil olunduğu üçün adətən homogen görünür. Heterogen görüntü, qanaxma, degenerasiya, yağ distrofiyasını göstərir və tipik fokal nodulyar hiperplaziya üçün xarakterik deyil, atipik forma, adenoma, hepatosellular xərçəng və hemangiomada rast gəlir.
8. Qaraciyərin fokal nodulyar hiperplaziyasında bu strukturlardan hansı yoxdur?
A: Fokal nodulyar hiperplaziyada mərkəzi arteriya, normal hepatositlər, mərkəzi çapıq, fibroz arakəsmələr, öd yolları olur. Qaraciyərin paycıqlarında olduğu kimi mərkəzi vena görünmür
9. Qaraciyərdə fokal nodulyar hiperplaziya üçün hansı əlamət ən xarakterikdir?
B: Göstərilənlərin hamısı fokal nodulyar hiperplaziyanın xarakterik əlamətləridir. Lakin mərkəzi arteriya onlardan ən xarakterikidir və təkbaşına diaqnozu təsdiqləyir. Digər əlamətlər isə başqa xəstəliklərdə də görünür.
10. Qaraciyərdə fokal nodulyar hiperplaziya olan xəstədə hansı müalicə taktikası seçilir?
A: Fokal nodulyar hiperplaziya neoplastik xəstəlik deyil, nadir hallarda böyümə, simptomlar və ağırlaşmalar törədirlər. Ona görə də əksər hallarda müşahidə məsləhətdir. Rezeksiya bədxassəli şişdən ayırma çətin olduqda, sürətli böyümədə göstərişdir. Kimyaterapiya və etanol inyeksiyası bədxassəli şişlərin müalicəsidə tətbiq edilir.
11. Qaraciyərin şişlərindən hansında qan axınının sürəti çox zəifdir?
A. Hemangiomaların xarakterik cəhəti geniş kavernaların və yavaş qan axınının olmasıdır. Bu xüsusiyyətlərinə görə hemangiomalar yavaş kontrastlaşırlar, Doplerdə qan axını izlənmir. Fokal nodulyar hiperplaziya, hepatik adenoma , hepatosellular xərçəng və kolorektal xərçəngin qaraciyərə metastazları zəngin arterial təchizata malikdirlər, sürətli qan axınları var və hipervaskulyar hesab edilirlər
12. Hansı əlamət qaraciyər hemangioması üçün xarakterik deyil?
C: Hemangiomaların xarakerik əlamətləri kavernalar, kavernaətrafı fibroz toxuma, periferik arteriyalarla qidalanma və yavaş qan axınıdır. Tükənmə trombisitopeniyalarına səbəb ola bilərlər. Hemangiomalar hiperestrogenemiya ilə sıx əlaqəlidir və qadınlarda kişilərdən 5 dəfə çox rast gəlir. Zəif birləşdirici toxuma hepatik adenomalar üçün xarakterikdir
13. Qaraciyər hemangiomalarında hansı ağırlaşma müşahidə olunmur?
D: Kavernalarda yavaş qan axını oldugu üçün hemangiomalar tromboza, iltihaba və təkrarlayan trombozlarda trombositopeniyaya səbəb ola bilərlər. Hemangiomların malignizasiya potensialı yox dərəcəsindədir
14. Hansı əlamət qaraciyər hemangioması-na xasdır?
A: Kaverna ətrafında yaxşı inkişaf etmiş fibroz toxuma olduğuna və kavernalarda qan təzyiqi yüksək olmadığına görə hemangiomalar partlamaya və qanaxmaya meyilli törəmələr sayılmır. Qanaxmaya meyillilik hepatik adenomalar üçün xarakterikdir. Əksər xoşxassəli törəmələr kimi hemangiomalar ağırlaşma törətmədikcə qaraciyər sınaqlarında dəyişikliyə səbəb olmurlar. Uşaqlarda böyük və uzunmüddətli hemangiomalar ürəkdə yüklənməyə və ürək yetməzliyinə səbəb ola bilir. Hemangiomaların əksəriyyəti (90%) kiçikdir, simptom törətmir və böyüməyə meylli deyil
15. Qaraciyər törəmələrindən hansı USM-də hiperexogen görünür?
B: Kiçik hemangiomalar USM-də əksərən hiperexogen və haşiyəsiz görünürlər. Fokal nodulyar hiperplaziya və hepatik adenoma hipoexogen, sistlər isə anexogen görünürlər
16. Qaraciyərin hemangiomasının ən spesifik diaqnostik əlaməti hansıdır?
D: Göstərilən əlamətlərin hamısı hemangiomanın xarakterik görüntü əlamətləridir. Lakin, bunlar arasında ən spesifik və həssası MRT əlamətləridir: T1-də hipointens, T2-də parlaq görünmə. Ona görə də hazırda MRT hemangiomalarıın diaqnostikasında ən vacib vasitə sayılır.
17. Qaraciyər hemangiomasının müalicəsi ilə əlaqədar hansı doğrudur?
C: Əksər hemangiomaları müalicə etmək zərurəti yoxdur, müşahidə yetərlidir. Tez-tez simptom və ağırlaşma törədən hemangiomalarda müalicə lazımdır. Ən effektiv mualicə qaraciyər rezeksiyası və ya enukleasiyadır. Rezeksiya və enukleasiya arasında ciddi fərq yoxdur. Qeyri- rezektabel simptomatik hemangiomalarda arterial embolizasiya və ya radiotezlikli destruksiya istifadə edilə bilər.
18. Hepatik adenom ilə əlaqədar hansı ifadə doğru deyil?
C: Sütunşəkilli düzülmüş normal hepatositlərlə zəngin kütlədən və geniş sinusoidlərdən təşkil olunması, birləşdirici toxumanın zəif olması və klassik qaraciyər arxitektonikasının olmaması Hepatik adenomanın xarakterik əlamətləridir. Hepatik adenomada klassik qapı üçlüyü (arteriya, portal vena, öd yolu) və paycıqlar yoxdur. Zəif birləşdirici toxumanın olması sinusoidlərin genişlənməsinə və arteriya ilə qidalanan törəmənin qanaxmaya meylli olmasına gətirib çıxarır
19. Hepatik adenomanın xüsusiyyəti deyil?
B: Hepatik adenomalar qanaxmaya və maliqnizasiyaya meyilli törəmədir, steroid hormonlarla bilavasitə əlaqəsi var. Qadınlarda daha çox rastlanır, kişilərdə isə nadirdir və əsasən steroid hormon alanlarda rast gəlir.
20. Hepatik adenomada hansı görüntüləmə əlaməti rast gəlir?
A: Hepatik adenomalar hipervaskulyar törəmədirlər, yağla, qlikogenlə və sinusoidlərlə zəngin olduğu üçün və qanaxmalar olduğuna görə T1-də hiperintens görünürlər. T2-də parlaq görünmə hemangioma üçün, mərkəzi çapıq isə fokal nodulyar hiperplaziya üçün xarakterikdir
21. Kontrastlı müayinədə tipik hepatik adenoma necə görünür?
B. Hepatosellular adenomalar hipervaskulyar törəmələrdir və normal hepatositlərdən təşkil olunmuşlar. Ona görə də arterial fazada hipervaskulyar, venoz fazada izo və ya zəif hipo görünürlər
22. Hepatik adenomanı hansı xəstəlikdən diferensiasiya etmək daha çətindir?
C: MRT hepatik adenomanın diaqnostikasında çox həssas üsuldur. Həm siderotik, həm də peliotik formalar (50%) T1-də hiperintens (zəif parıltılı), T2-də isə zəif hiperintens görünür. Yağ supressiya testində siderotik forma itir, peliotik forma isə qalır. Qarışıq formada isə heterogen görüntü qeyd edilir (50%). Kontrastlı MRT-də adenomalar arterial fazada hiperintens, portal venoz fazada izo-, hipointens kimi görünür. Görüntüləmə üsulları, xüsusən də MRT ilə hepatik adenomanı fokal nodulyar hiperplaziyadan və hemangiomalardan xarakterik əlamətlərinə görə (T1-də hiperintens, psevdokapsul, heterogen) 90% hallarda fərqləndirmək mümkündür. Lakin bu əlamətlər spesifik olmadığı üçün hepatosellular xərçəngdən fərqləndirmək üçün yetərli deyil. Adenomalar qanaxmaya meyilli olduqları üçün biopsiyaya ehtiyyatla yanaşılmalıdır
23. Qaraciyərin sistləri üçün hansı görüntüləmə əlamətləri xarakterik deyil?
B. Sistlərin xarakterik əlaməti kontrastı tutmamasıdır ki, bununlada toxumalı törəmələrdən fərqlənirlər. Digər əlamətlər sistlər üçün xarakterikdir
24. Qaraciyərin hansı sistlərində epitel qatı var?
C. Qaraciyərin andangəlmə sistləri epitellə örtülü həqiqi sistlərdir. Bu sistlər embrional öd axacaqlarının inkişaf qüsuru nəticəsində əmələ gəlirlər. Exinokokkda, alvelokokkozda epitel qatı olmur, xaricdən fibroz qat, ortada xitin, daxildə isə parazitlərdən ibarət germinativ qat olur. Travmatik sistlər isə adətən hematomaların və ya biliomaların yerində əmələ gəlir və divarları birləşdirici toxumadan ibarətdir
25. Qaraciyərin anadangəlmə sistləri üçün xarakterik görüntüləmə əlaməti hansıdır?
B. Anadangəlmə sistlərin incə divarları olur, və görüntüləmədə də bu şəkildə görünür. İkiqatlı divar exinokokk üçün, kələkötür divar, polipşəkilli çıxıntılar və arakəsmələr neoplastik sistlər üçün xarakterikdir
26. Qaraciyərin neoplastik sistləri üçün hansı əlamət xarakterik deyil?
E. Neoplastik sistlərin qalın və kələkötür divarı, divarda polipşəkilli çıxıntıları və arakəsmələri, tərkibində seroz və ya musinoz möhtəviyyatı olur. İkiqatlı divar exinokokk üçün xarakterikdir
27. Qaraciyərin exinokokk sistinə hansı görüntüləmə əlaməti xarakterik deyil?
D. Exinokokk sistinin diaqnozunu əksər hallarda görüntüləmə əlamətlərinə görə qoymaq mümükündür. Görüntüləmə əlamətlərinə görə exinokokk sistlərinin bir neçə tipi var. 1-ci tip üçün incə təkqat divar, ikinci tip üçün ikiqatlı divar (fibroz və xitin qatları), üçüncü tip üçün arı pətəyi görüntüsü (qız qovucuqları və çoxkameralı sistlər), 4-cü tip üçün yun yumağı görüntüsü (partlamış sist), 5-ci tip üçün divarda kalsivfikasiya (ölü sistlər) xarakterikdir. Çoxkameralı exinokokk sistlərində arakəsmələr görünə bilir, lakin bu arakəsmələr xitin qatından ibarət olduğu üçün kontrast tutmur. Arakəsmələrin kontrastlaşması daha çox neoplastik sistlər üçün xarakterikdir
28. Qaraciyərin sistlərdinən hansı mütləq cərrahi yolla tam çıxarılmalıdır?
B. Sadə sistlər, çoxsaylı sistlər və travmatik sistlər simptom vermirlərsə müalicə gərəkdirmirlər. Exinokokk sisti konservativ və cərrahi yoll müalicə edilir. Bu sistləri radikal çıxarmaq şərt deyil. Neoplastik sistlər isə boyüməyə və ya metastaza meyilli olduqları üçün radikal çıxarılmalıdırlar
29. Qaraciyərin asimptomatik sistlərdindən hansı mütləq müalicə olunmalıdır?
E. Qaraciyərin böyüməyə və ağırlaşmaya meyilli olmayan asimptomatik sistlərinə müalicə lazım deyil. Bunlara anadangəlmə, trqavmatik sistlər aid edilir. Lakin böyüməyə və ağırlaşmaya meyilli sistlər asimptomatik olsa da müalicə edilməldirlər. Bunlara exinokokk, alveolokokk, neeoplastik sistlər aiddir. Kalisifikasiyalı exinokokk ölmüş exinokokk sayılır və müalicəsinə gərək yoxdur