Hazırladı: asist. t.e.n. İmanova S.
Redaksiya heyəti: prof. Bayramov N., t.f.d.Hümmətov A.
Rezident: Xanəliyeva Z.
1 Promontoriumdan anorektal xəttə qədər olan məsafə nə qədərdir?
D. Rektum sakrumun formasına uyğun olaraq aşağıya doğru 15-20 sm boyunca uzanır,anal dəliklə sonlanır.
2 Anal kanalın uzunluğu hansına uyğun gəlir?
C. Anal dəlikdən düz bağırsağın dişli xəttinə qədər olan məsafə anal kanal adlanır. Böyüklərdə anal kanalın uzunluğu 3-4 sm-dir
3 Defekasiya aktı zamanı az miqdarda al qanın müşahidə olunması, anus nahiyəsində kəskin ağrılar və buna görə "nəcisə getməkdən qorxmaq" xarakterikdir:
E. Anal kanalın çatı olan xəstələrdə defekasiya zamanı güclü ağrı olur. Buna görə, xəstələr hətta nəcisə getməkdən qorxurlar. Defekasiya zamanı çatın dartılıb cırılmasına görə nəcisin üzərində az miqdarda qanın olması da mümkündür
4 Büzdümün epitelial yolunun xronik irinli iltihabı zamanı məqsədəuyğun taktika:
B. Büzdümün epitelial yolunun xronik irinli iltahabı zamanı yolun kəsilib götürülməsi və yaranın tikişlərlə və ya toxuma plastikası ilə qapanması ilk seçimdir. İrinliyin punksiyası, sanasiyası, antibiotikin vurulması və yaranın drenaj edilməsi prosesin təkrlanmasından sığortalamır. Epitelial yolunun kəsilib götürülməsindən sonra yaranın açıq saxlanması xəstəyə çox əziyyət verir və yara gec sağalır. Epitelial yolunun içinə formalin kristallarının qoyulması irinli iltihab zamanı əks-göstərişdir
5 Anal çatın diaqnostikasında tətbiq olunur:
C. Anal çat gözlə görünən yerdə yerləşdiyinə görə onun diaqnostikası üçün perianal sahəyə baxış kifayətdir.
6 Anal çat üçün xarakterik klinik əlamət:
B. Anal catın klinikasında defekasiya aktından sonra kəskin ağrının olması xarakterikdir.
7 Adi anal çat ən çox hallarda yerləşir:
D. Saat 6 istiqaməti anusun arxa komissurasına uyğun gəlir, bu hissə defekasiya aktı zamanı ən çox travmaya uğrayır və çat 85 % hallarda bu zonada əmələ gəlir.
8 Hansı simptomokompleks anal çata xasdır?
E. Defekasiya aktı zamanı sfinkter üzərindəki defekt dartıldığı üçün kəskin ağrı başlayır və bir neçə saat davam edir. Ağrı çatın əsas simptomlarından biridir.
9 Proktoloji xəstələrin ilkin instrumental diaqnostika metodu hansıdır?
A. Proktoloji xəstələrin instrumental diaqnostikası anal kanala və düz bağırsağa vizual baxış, yəni anoskopiya və rektoromanoskopiyadan başlayır. Bu müayinənin nəticəsində əlavə instrumental müayinələr təyin olunur.
10 Adi anal çat ən çox hallarda .... yerləşir
B. Anal kanalın arxa komissurası defekasiya aktı zamanı daha çox travmaya uğrayır və çat 85 % hallarda bu zonada əmələ gəlir
11 Anal çatın əmələ gəlməsinin səbəbləri aşağıdakılardan hansıdır?
E. Anal çatın əmələ gəlməsində əsas rol anal kanalın selikli qişasının zədələnməsinə məxsusdur. Xronik qəbizlik zamanı bərk nəcis anal kanalın selikli qişasını zədələyən faktorlarından biridir
12 Yan sfinkterotomiya ... göstərişdir.
C. Anal çat zamanı uzun müddətli spazm müşayət olunur, spazmı götürmək üçün daxili sfinkteri lateral (açıq və qapalı) sfinkterotomiya edirlər, bu əməliyyatdan sonra 94% hallarda çat sağalır.
13 Anal çatın diaqnozunun təsdiqi üçün hansı müayinə kifayətdir?
D. Çat anal dəlikdə olduğu üçün diaqnozun təsdiqi üçün anoskopiya kifayət edir.
14 Xroniki kallyoz çatın müalicəsi zamanı ən effektli üsul hansıdır?
A. Xronik kallyoz anal çatda birləşdirici toxumanın inkişafı hesabına geriyədönməz sklerotik proseslər inkişaf etdiyinə görə çatın sağalması çətinləşir. Bela halda yeganə effektiv müalicə üsulu çatın kəsilib götürülməsidir. Əməliyyatdan sonra yaranın normal qan təchizatını təmin etmək üçün sfinkterin spazmı olmamalıdır. Bu məqsədlə yan sfinkterotomiya icra edilir.
15 Daxili babasilin inkişafında əsas səbəb deyil:
C. Babasilin patogenezində hemorroidal venoz kələfdə təzyiqin artması vacib rol oynayır. Xoralı kolit hemorroidal venalarda təzyiqin artmasını törətmir.. Qeyd olunmuş bütün başqa patologiyalar düz bağırsaq venalarında venoz durğunluq törədir və babasilin inkişafında rol oynayır
16 Hansı ağırlaşmış babasilin əlaməti deyil?
E. Melena (qətrana bənzər nəcis) mədə-bağırsaq siseminin yuxarı mərtəbəsində qanaxma olduqda baş verir. Babasildə isə al qan olur.
17 Milliqan-Morqan əməliyyatı dedikdə nə başa düşülür?
D. Hemorroidal venoz kələfin damarları əsasən 3, 7 və 11 saat istiqamətdə qruplaşır. Babasil zamanı bu damarlar düyün şəkilində böyüyür. Milliqan-Morqan əməliyyatı bu əsas venoz düyünlərinin kəsilib götürülməsini nəzərdə tutur.
18 Babasil düyününün kəskin trombozunun radikal müalicə üsulu hansı biridir?
C. Trombozla ağırlaşmış babasilin radikal müalicəsi cərrahi müdaxilədir. Əməliyyat zamanı trombektomiya və hemorroidektomiya radikallığı təmin edir
19 Babasil düyünündən olan qanaxma zamanı ....
E. Babasildən olan qanaxma arterial xarakter daşıdığına görə (arterio-venoz anastomozlar) al rəngdə olub, nəcisin üzərində qeyd olunur. Qanın nəcislə qarışması qanaxmanın daha yuxarı şöbələrdən olmasını göstərir. Qanlı seliyin ifrazı müxtəlif mənşəli kolit və proktitlərə xas olan əlamətdir
20 Kombinə olunmuş babasildə hansı əməliyyat edilir?
D. Kombinə olunmuş babasil zamanı tipik əməliyyat Milliqan-Morqan əməliyyatıdır. Selikli qişanın kəsilib götürülməsi onun sallanması zamanı aparılır. Sadalanan diğər müdaxilələr daha çox daxili babasildə tətbiq olunur.
21 ..... babasilin ağırlaşması deyil.
A. Babasil xəstəliyi epitelin metaplaziyasına və maliqnizasiyasına gətirmir. Qeyd olunmuş bütün başqa patologiyalar babasilin ağırlaşmalarına aiddir
22 Babasil xəstəliyinin II-III dərəcəsində hansı halda cərrahi əməliyyat əks göstəriş deyil ?
E. Nəzərə çarpan anemiya cərrahi əməliyyata göstərişdir. Digər hallar əməliyyata əks-göstərişdir.
23 Pararektal fistulun kliniki şəkli hansı simptomlar ilə xarakterizə olunur?
C. Rektal fistulun xarakterik əlamtəi fistuldan irinli, bəzən də nəcisli ifrazatın olmasıdır.
24 Kəskin işiorektal paraproktit zamanı hansı əməliyyat göstərişdir?
B. Kəskin işiorektal paraproktit kəskin paraproktitin ağır forması olduğunu və infeksiyanın kripdən keçdiyini nəzərə alaraq anal kanaldan kriptin kəsilməsi və irinliyin açılaraq drenə edilməsi göstərişdir.
25 Paraproktitin etiologiyasında ən əsas amil hansıdır?
C. Kəskin paraproktitin patogenezində əsas mexanizm mikrobların anal kriptdən pararektal toxumaya keçməsidir. Buna anal kriptin iltihabı (kriptit) əsas səbəb olur.
26 Kəskin paraproktitin əmələ gəlməsi üçün hansı etioloji faktor ən vacibi hesab edilir?
A. Kəskin paraproktitin patogenezində əsas mexanizm mikrobların anal kriptdən pararektal toxumaya keçməsidir. Buna anal kriptin iltihabı (kriptit) əsas səbəb olur
27 Pararektal abseslə müşaiyət olunan ekstrasfinkter pararektal fistul zamanı optimal əməliyyat ... .
D. Proses ekstrasfinkter olduğu üçün liqatura metodundan istifadə edilir (sfinkteri qorumaq üçün), irinlikdə varsa eyni zamanda drenaj edilir.
28 Kəskin dərialtı paraproktit tipik halda nə ilə xarakterizə olunur?
C. Dərialtı paraproktit adından məlumdur ki, dərialtı prosesdir,ona görə də vizual olaraq hiperemiya və şişkinlik görsənir
29 Kəskin dərialtı paraproktitə qeyd olunanların hansı xarakterik deyil?
E. Kəskin dərialtı paraproktit iltihabi xəstəlik olaraq iltihabın yerli və ümumi əlamətləri ilə özünü göstərir. Düz bağırsaq qanaxması pararektal toxumanın iltihabı üçün xarakterik deyil.
30 Kəskin pararektal absesin əsas müalicə metodu .... .
C. Əksər başqa abseslərdə olduğu kimi, irinliyin əsas müalicə üsulu onun açılması, sanasiyası və drenaj edilməsidir. Vitaminoterapiya və antibiotikoterapiya köməkçi müalicə kimi tətbiq olunur. Kimyəvi və şüa terapiyası irinliklərin müalicəsi üçün istifadə olunmur.
31 Xroniki paraproktitin diaqnostikasının ən informativ metodu hansıdır?
D. Göstərilən üsullar arasında xronik pararektal fistulu ən dəqiq görüntüləyən MR fistuloqrafiyadır.
32 Pararektal fistullarda müalicə metodu hansıdır?
B. Pararektal fistul pararektal toxumanın xronik iltihabı olduğuna görə bu toxumada geriyədönməz sklerotik proseslər inkişaf edir. Belə toxumanın iltihabının yeganə effektiv müalicə üsulu onun kəsilib götürülməsidir, bu mümkün olmayan hallarda isə liqatura üsulu tətbiq edilir. Göstərilən başqa üsullar xronik iltihabın müalcəsi üçün effektiv deyil.
33 Pararektal fistul ən cox hallarda .... .
E. Pararektal fistul pararektal toxumanın xronik iltihabıdır (xronik paraproktit). Xronik paraproktit əksər hallarda kəskin paraproktitdən sonra inkişaf edir.
34 Pararektal fistulun müalicə metodu hansıdır?
D. Pararektal fistul pararektal toxumanın xronik iltihabı ilə müşaiyət olunur. Xronik iltihabın konservativ müalicə üsulları effektsizdir. Buna görə, pararektal fistulun ləğvi və onun düz bağırsağın selikli qişasında olan daxili dəliyin qapanması effektiv müalicə üsuludur. Bu mümkün olmayan hallarda isə liqatura üsülü tətbiq edilir.