Anorektal xəstəliklər
Hazırladı: asist. t.e.n. İmanova S.
Redaksiya heyəti: prof. Bayramov N., t.f.d.Hümmətov A.
Rezident: Xanəliyeva Z.
1 Promontoriumdan anorektal xəttə qədər olan məsafə nə qədərdir?
- A) 25-30 sm
- B) 10-12 sm
- C) 7 - 9 sm
- D) 15-20 sm
- E) 30-40 sm
D. Rektum sakrumun formasına uyğun olaraq aşağıya doğru 15-20 sm boyunca uzanır,anal dəliklə sonlanır.
2 Anal kanalın uzunluğu hansına uyğun gəlir?
- A) 1-2 sm
- B) 5-7 sm
- C) 3-4 sm
- D) 6-8 sm
- E) 9-10 sm
C. Anal dəlikdən düz bağırsağın dişli xəttinə qədər olan məsafə anal kanal adlanır. Böyüklərdə anal kanalın uzunluğu 3-4 sm-dir
3 Defekasiya aktı zamanı az miqdarda al qanın müşahidə olunması, anus nahiyəsində kəskin ağrılar və buna görə "nəcisə getməkdən qorxmaq" xarakterikdir:
- A) düz bağırsağın xərçəngi üçün
- B) düz bağırsağın polipi üçün
- C) sfinkterit üçün
- D) babasil üçün
- E) anal kanalın çatı üçün
E. Anal kanalın çatı olan xəstələrdə defekasiya zamanı güclü ağrı olur. Buna görə, xəstələr hətta nəcisə getməkdən qorxurlar. Defekasiya zamanı çatın dartılıb cırılmasına görə nəcisin üzərində az miqdarda qanın olması da mümkündür
4 Büzdümün epitelial yolunun xronik irinli iltihabı zamanı məqsədəuyğun taktika:
- A) irinliyin açılması və drenaj olunması
- B) epitelial yolunun kəsilib götürülməsi və yaranın qapanması irinliyin açılması və drenaj olunması
- C) epitelial yolunun kəsilməsi və yaranın açıq üsulla müaicəsi
- D) epitelial yolunun kəsilməsi və yaraya formalin kristallarının qoyulması
- E) irinliyin punksiyası, sanasiyası və antibiotikin vurulması
B. Büzdümün epitelial yolunun xronik irinli iltahabı zamanı yolun kəsilib götürülməsi və yaranın tikişlərlə və ya toxuma plastikası ilə qapanması ilk seçimdir. İrinliyin punksiyası, sanasiyası, antibiotikin vurulması və yaranın drenaj edilməsi prosesin təkrlanmasından sığortalamır. Epitelial yolunun kəsilib götürülməsindən sonra yaranın açıq saxlanması xəstəyə çox əziyyət verir və yara gec sağalır. Epitelial yolunun içinə formalin kristallarının qoyulması irinli iltihab zamanı əks-göstərişdir
5 Anal çatın diaqnostikasında tətbiq olunur:
- A) düz bağırsağın barmaqla müayinəsi
- B) kolonoskopiya
- C) perianal sahəyə baxış
- D) rektoromanoskopiya
- E) irriqoskopiya
C. Anal çat gözlə görünən yerdə yerləşdiyinə görə onun diaqnostikası üçün perianal sahəyə baxış kifayətdir.
6 Anal çat üçün xarakterik klinik əlamət:
- A) qəbizlikdir
- B) defekasiya aktından sonra kəskin ağrıdır
- C) anal inkontinensiyadır
- D) anal hərarətin yüksəlməsidir
- E) diareyadır
B. Anal catın klinikasında defekasiya aktından sonra kəskin ağrının olması xarakterikdir.
7 Adi anal çat ən çox hallarda yerləşir:
- A) saat 8 istiqamətində
- B) saat 3 istiqamətində
- C) saat 9 istiqamətində
- D) saat 6 istiqamətində
- E) saat 12 istiqamətində
D. Saat 6 istiqaməti anusun arxa komissurasına uyğun gəlir, bu hissə defekasiya aktı zamanı ən çox travmaya uğrayır və çat 85 % hallarda bu zonada əmələ gəlir.
8 Hansı simptomokompleks anal çata xasdır?
- A) babasil düyünlərinin ağırlaşması
- B) anal sfinkterin çatmazlığı
- C) anal trombozun olması
- D) melena
- E) defekasiya aktı zamanı və sonra kəskin ağrı
E. Defekasiya aktı zamanı sfinkter üzərindəki defekt dartıldığı üçün kəskin ağrı başlayır və bir neçə saat davam edir. Ağrı çatın əsas simptomlarından biridir.
9 Proktoloji xəstələrin ilkin instrumental diaqnostika metodu hansıdır?
- A) Anoskopiya/rektoromanoskopiya
- B) Endoanal USM
- C) İrriqoqrafiyad
- D) Çanağın kompyuter tomoqrafiya
- E) Sfinkteromanometriya
A. Proktoloji xəstələrin instrumental diaqnostikası anal kanala və düz bağırsağa vizual baxış, yəni anoskopiya və rektoromanoskopiyadan başlayır. Bu müayinənin nəticəsində əlavə instrumental müayinələr təyin olunur.
10 Adi anal çat ən çox hallarda .... yerləşir
- A) anal kanalın arxa-yan divarında
- B) anal kanalın arxa divarında
- C) anal kanalın sol divarında
- D) anal kanalın sağ divarında
- E) anal kanalın ön-yan divarında
B. Anal kanalın arxa komissurası defekasiya aktı zamanı daha çox travmaya uğrayır və çat 85 % hallarda bu zonada əmələ gəlir
11 Anal çatın əmələ gəlməsinin səbəbləri aşağıdakılardan hansıdır?
- A) Kəskin paraproktit, düz bağırsağın travması
- B) Kabasil, kəskin paraproktit, proktit
- C) Uzun müddətli qəbizlik, kəskin proktit
- D) Xronik paraproktit, babasil
- E) Uzun müddətli qəbizlik, anal kanalın travması
E. Anal çatın əmələ gəlməsində əsas rol anal kanalın selikli qişasının zədələnməsinə məxsusdur. Xronik qəbizlik zamanı bərk nəcis anal kanalın selikli qişasını zədələyən faktorlarından biridir
12 Yan sfinkterotomiya ... göstərişdir.
- A) babasil zamanı
- B) xroniki paraproktitdə
- C) anal çatda
- D) koksiqodiniyada
- E) düz bağırsağın selikli qişasının düşməsində
C. Anal çat zamanı uzun müddətli spazm müşayət olunur, spazmı götürmək üçün daxili sfinkteri lateral (açıq və qapalı) sfinkterotomiya edirlər, bu əməliyyatdan sonra 94% hallarda çat sağalır.
13 Anal çatın diaqnozunun təsdiqi üçün hansı müayinə kifayətdir?
- A) Kolonoskopiya
- B) İrriqoskopiya
- C) Düz bağırsağın barmaqla müayinəsi
- D) Anoskopiya
- E) Rektoromanoskopiya
D. Çat anal dəlikdə olduğu üçün diaqnozun təsdiqi üçün anoskopiya kifayət edir.
14 Xroniki kallyoz çatın müalicəsi zamanı ən effektli üsul hansıdır?
- A) Çatın kəsilib götürülməsi + yan sfinkterotomiya
- B) Novokain məhlulu ilə presakral blokada + divulsiya
- C) Çatın altına spirt-novokain qarışığının vurulması + kortizon ilə imalə
- D) Oturaq vannaları + anestetik şamlar
- E) Sfinkterin barmaqla genişləndirilməsi + Vişnevski məlhəmi ilə sarğı
A. Xronik kallyoz anal çatda birləşdirici toxumanın inkişafı hesabına geriyədönməz sklerotik proseslər inkişaf etdiyinə görə çatın sağalması çətinləşir. Bela halda yeganə effektiv müalicə üsulu çatın kəsilib götürülməsidir. Əməliyyatdan sonra yaranın normal qan təchizatını təmin etmək üçün sfinkterin spazmı olmamalıdır. Bu məqsədlə yan sfinkterotomiya icra edilir.
15 Daxili babasilin inkişafında əsas səbəb deyil:
- A) portal hipertenziya
- B) qəbizlik
- C) xoralı kolit
- D) kiçik çanağın massiv şişi
- E) hamiləlik
C. Babasilin patogenezində hemorroidal venoz kələfdə təzyiqin artması vacib rol oynayır. Xoralı kolit hemorroidal venalarda təzyiqin artmasını törətmir.. Qeyd olunmuş bütün başqa patologiyalar düz bağırsaq venalarında venoz durğunluq törədir və babasilin inkişafında rol oynayır
16 Hansı ağırlaşmış babasilin əlaməti deyil?
- A) anal kanalda yad cismin hissiyatı
- B) defekasiya zamanı ağrı
- C) anal nahiyədə bərk və ağrılı şişkinlik
- D) defekasiya aktından sonra al qanın gəlməsi
- E) melena
E. Melena (qətrana bənzər nəcis) mədə-bağırsaq siseminin yuxarı mərtəbəsində qanaxma olduqda baş verir. Babasildə isə al qan olur.
17 Milliqan-Morqan əməliyyatı dedikdə nə başa düşülür?
- A) Anal kanalın selikli qışasının sirkulyar kəsilib götürülməsi
- B) Anal sfinkterin barmaqla genişləndirilməsi
- C) Saat əqrəbinin 2, 5, 8 istiqamətində babasil düyünlərinin kəsilib götürülməsi
- D) Saat əqrəbinin 3, 7, 11 istiqamətində hemorroidal düyünlərin kəsilib götürülməsi
- E) Sararektal fistulun ləğvi
D. Hemorroidal venoz kələfin damarları əsasən 3, 7 və 11 saat istiqamətdə qruplaşır. Babasil zamanı bu damarlar düyün şəkilində böyüyür. Milliqan-Morqan əməliyyatı bu əsas venoz düyünlərinin kəsilib götürülməsini nəzərdə tutur.
18 Babasil düyününün kəskin trombozunun radikal müalicə üsulu hansı biridir?
- A) Skleroterapiya
- B) Presakral novokain blokadası
- C) Cərrahi müdaxilə
- D) Soyuq qoyulması
- E) Antikoaqulyantlar
C. Trombozla ağırlaşmış babasilin radikal müalicəsi cərrahi müdaxilədir. Əməliyyat zamanı trombektomiya və hemorroidektomiya radikallığı təmin edir
19 Babasil düyünündən olan qanaxma zamanı ....
- A) al qan nəcislə qarışmış olur.
- B) tünd qan nəcislə qarışmış olur.
- C) qətran rəngli duru nəcis olur.
- D) qanlı selik ifraz olunur.
- E) nəcisin üstündə al qan olur.
E. Babasildən olan qanaxma arterial xarakter daşıdığına görə (arterio-venoz anastomozlar) al rəngdə olub, nəcisin üzərində qeyd olunur. Qanın nəcislə qarışması qanaxmanın daha yuxarı şöbələrdən olmasını göstərir. Qanlı seliyin ifrazı müxtəlif mənşəli kolit və proktitlərə xas olan əlamətdir
20 Kombinə olunmuş babasildə hansı əməliyyat edilir?
- A) Hemorroy düyünləri elektrokoaqulyasiyası
- B) Selikli qişanin kəsilib götürülməsi
- C) Liqaturanın qoyulması
- D) Milliqan-Morqan əməliyyatı
- E) Fotokoaqulyasiya
D. Kombinə olunmuş babasil zamanı tipik əməliyyat Milliqan-Morqan əməliyyatıdır. Selikli qişanın kəsilib götürülməsi onun sallanması zamanı aparılır. Sadalanan diğər müdaxilələr daha çox daxili babasildə tətbiq olunur.
21 ..... babasilin ağırlaşması deyil.
- A) Düyünlərin maliqnizasiyası
- B) Anorektal tromboz
- C) Düyünlərin düşməsi
- D) Boğulmuş düyünlərin nekrozu
- E) Anemiya
A. Babasil xəstəliyi epitelin metaplaziyasına və maliqnizasiyasına gətirmir. Qeyd olunmuş bütün başqa patologiyalar babasilin ağırlaşmalarına aiddir
22 Babasil xəstəliyinin II-III dərəcəsində hansı halda cərrahi əməliyyat əks göstəriş deyil ?
- A) Düz bağırsağın xərçəngi
- B) Hamiləlikdə
- C) Proktosiqmoidit
- D) Portal hipertenziya
- E) Nəzərə çarpan anemiya
E. Nəzərə çarpan anemiya cərrahi əməliyyata göstərişdir. Digər hallar əməliyyata əks-göstərişdir.
23 Pararektal fistulun kliniki şəkli hansı simptomlar ilə xarakterizə olunur?
- A) Nəcisə getmək qorxusu
- B) hərarətin yüksək olması
- C) Fistuldan irinli ifrazatın xaric olması
- D) Defekasiya aktı zamanı qanın olması
- E) Defekasiya aktı zamanı seliyin olması
C. Rektal fistulun xarakterik əlamtəi fistuldan irinli, bəzən də nəcisli ifrazatın olmasıdır.
24 Kəskin işiorektal paraproktit zamanı hansı əməliyyat göstərişdir?
- A) İrinliyin puksiyası və antibiotiklərin vurulması
- B) Absesin açılması və anal kriptlə əlaqənin kəsilməsi
- C) İrinliyin bağırsaq mənfəzindən açılması
- D) Absesin punksiyası və yuyulması üçün drenaj edilməsi
- E) Aralıqdan büzdüm-düz bağırsaq bağının kəsilməsi ilə irinliyin açılması
B. Kəskin işiorektal paraproktit kəskin paraproktitin ağır forması olduğunu və infeksiyanın kripdən keçdiyini nəzərə alaraq anal kanaldan kriptin kəsilməsi və irinliyin açılaraq drenə edilməsi göstərişdir.
25 Paraproktitin etiologiyasında ən əsas amil hansıdır?
- A) Babasil
- B) Venalarında durğunluq
- C) Anal vəzilərin iltihabı
- D) Ümumi septiki xəstəlik
- E) Düz bağırsağın düşməsi
C. Kəskin paraproktitin patogenezində əsas mexanizm mikrobların anal kriptdən pararektal toxumaya keçməsidir. Buna anal kriptin iltihabı (kriptit) əsas səbəb olur.
26 Kəskin paraproktitin əmələ gəlməsi üçün hansı etioloji faktor ən vacibi hesab edilir?
- A) Anal vəz axacağın tutulması və iltihab
- B) Düz bağırsağın selikli qişasının sallanması
- C) Düz bağırsaqdan qanaxma
- D) İshal
- E) Qəbizliyə meyillik
A. Kəskin paraproktitin patogenezində əsas mexanizm mikrobların anal kriptdən pararektal toxumaya keçməsidir. Buna anal kriptin iltihabı (kriptit) əsas səbəb olur
27 Pararektal abseslə müşaiyət olunan ekstrasfinkter pararektal fistul zamanı optimal əməliyyat ... .
- A) irinliyin drenə olunmasıdır.
- B) fistulun kəsilib götürülməsi ilə sfinkterin tikilməsidir.
- C) bağırsaq mənfəzindən fistulların kəsilib götürülməsidir.
- D) liqatura qoyulması və irinliyin drenə olunmasıdır.
- E) selikli qişanın aşağı salınması və sfinkteroplastikanın aparılmasıdır.
D. Proses ekstrasfinkter olduğu üçün liqatura metodundan istifadə edilir (sfinkteri qorumaq üçün), irinlikdə varsa eyni zamanda drenaj edilir.
28 Kəskin dərialtı paraproktit tipik halda nə ilə xarakterizə olunur?
- A) Çanağın dərinliyində ağrı
- B) Anal kanaldan seliyin xarıc olması
- C) Aralıqda hiperemiya, şişkinlik
- D) Pararektal fistulun olması
- E) Aralıq dərisinin maserasiyası
C. Dərialtı paraproktit adından məlumdur ki, dərialtı prosesdir,ona görə də vizual olaraq hiperemiya və şişkinlik görsənir
29 Kəskin dərialtı paraproktitə qeyd olunanların hansı xarakterik deyil?
- A) Hərarətin yüksəlməsi
- B) Aralıq nahiyəsində şişkinliyin olması
- C) Aralıq nahiyəsində ağrı
- D) Şişkinlik üzərində dəri hiperemiyası
- E) düz bağırsaq qanaxması
E. Kəskin dərialtı paraproktit iltihabi xəstəlik olaraq iltihabın yerli və ümumi əlamətləri ilə özünü göstərir. Düz bağırsaq qanaxması pararektal toxumanın iltihabı üçün xarakterik deyil.
30 Kəskin pararektal absesin əsas müalicə metodu .... .
- A) irinliyin açılmasıdır
- B) radioterapiyadır
- C) kimyəvi terapiyadır
- D) vitaminoterapiyadır
- E) antibiotikoterapiya
C. Əksər başqa abseslərdə olduğu kimi, irinliyin əsas müalicə üsulu onun açılması, sanasiyası və drenaj edilməsidir. Vitaminoterapiya və antibiotikoterapiya köməkçi müalicə kimi tətbiq olunur. Kimyəvi və şüa terapiyası irinliklərin müalicəsi üçün istifadə olunmur.
31 Xroniki paraproktitin diaqnostikasının ən informativ metodu hansıdır?
- A) USM
- B) Fibrokolonoskopiya
- C) Angioqrafiya
- D) MRT
- E) KT
D. Göstərilən üsullar arasında xronik pararektal fistulu ən dəqiq görüntüləyən MR fistuloqrafiyadır.
32 Pararektal fistullarda müalicə metodu hansıdır?
- A) Vitaminoterapiya
- B) Fistul yolunun kəsilib götürülməsi
- C) Antibiotikoterapiya
- D) Kimyəvi terapiya
- E) Radioterapiya
B. Pararektal fistul pararektal toxumanın xronik iltihabı olduğuna görə bu toxumada geriyədönməz sklerotik proseslər inkişaf edir. Belə toxumanın iltihabının yeganə effektiv müalicə üsulu onun kəsilib götürülməsidir, bu mümkün olmayan hallarda isə liqatura üsulu tətbiq edilir. Göstərilən başqa üsullar xronik iltihabın müalcəsi üçün effektiv deyil.
33 Pararektal fistul ən cox hallarda .... .
- A) anal qaşınmadan sonra əmələ gəlir
- B) hemorroydan sonra əmələ gəlir
- C) anal çatdan sonra əmələ gəlir
- D) koksiqodiniyadan sonra əmələ gəlir
- E) kəskin paraproktitdən sonra əmələ gəlir
E. Pararektal fistul pararektal toxumanın xronik iltihabıdır (xronik paraproktit). Xronik paraproktit əksər hallarda kəskin paraproktitdən sonra inkişaf edir.
34 Pararektal fistulun müalicə metodu hansıdır?
- A) Fistul yolunun antibiotiklərlə yuyulması
- B) Antiseptik məhlulla oturaq vannalar
- C) Fistul yolunun antiseptiklərlə yuyulması
- D) Daxili dəliyin ləğv edilməsi ilə fistul yolunun ləğvi
- E) Çaytikanı yağı və kollarqolla mikroimalə
D. Pararektal fistul pararektal toxumanın xronik iltihabı ilə müşaiyət olunur. Xronik iltihabın konservativ müalicə üsulları effektsizdir. Buna görə, pararektal fistulun ləğvi və onun düz bağırsağın selikli qişasında olan daxili dəliyin qapanması effektiv müalicə üsuludur. Bu mümkün olmayan hallarda isə liqatura üsülü tətbiq edilir.
