Hazırladı: dos. Abbasov A.
t.f.d. Hümmətov A.
Redaksiya heyəti: Prof.Bayramov N
Residentlər: Xanəliyeva Z., Mürvələdova N.
1. Aşağıda göstərilən hansı adenom sümüklərdə mineralsızlaşma və rezorbsiyaya səbəb olur ?
B. Paratiroid adenoması birincili hiperparatiroidizmin ən çox rast gələn formasıdır. əksər halda bir vəzdə, nadir halda isə 2 vəzdə adenoma rast gəlinə bilər. Hiperparatiroidizmdə parathormonun təsirindən sümüklərdə kalsiumun rezorbsiyası artır. Əl falanqalarında sümüküstlüyüaltı rezorbsiya birincili hiperparatiroidizmin ən erkən əlamətidir.
2. Total tiroidektomiyadan 5 gün sonra xəstənin əl barmaqlarında qıcolma başlamışdır. Qanda kalsiumun miqdarı 5,6mg/dl-dir. Bu xəstənin müalicəsində aşağıdakılaradn hansı tətbiq edilməlidir?
D. Tiroidektomiyaların ağırlaşmalarından biri paratiroid vəzilərin zədələnməsi və ya çıxarılmasıdır ki, bu da özünü erkən postop dövrdə hipoparatiroidizm əlamətləri ilə (hipokalsemiya) göstərir. Travmatik zədələnmələr bir neçə gün ərzində bərpa olunur, ağır zədələnmə və tam çıxarılmalarda isə hipokalsemiya davamlı xarakter alır. Əgər xəstədə hipokalsemiyanın simptomları görünürsə gündə 3-6 qr kalsium verilməlidir. Xəstədə daimi hipoparatiroidizm müəyyən olunarsa oral kalsiumla yanaşı vit D verilməlidir.
3. 3gün əvvəl total titroidektomiya aparılmış xəstənin əl və üzündə qıcolmalar başlamışdır. Xəstəyə hansı müalicə aparmaq məsləhətdir?
E.Total tiroidektomiya əməliyyatı zamanı qalxanabənzərətraf vəz zədələnərsə və ya çıxarılarsa əməliyyatdan sonra hipoparatireozun ilk əlaməti olan tetaniya 3-5 gün sonra başlayır və vena daxilinə kalsium qlukonat məhlulunun istifadəsi müsbət nəticə verir.
4. Qalxanabənzər vəzi qidalandıran arteriyalaradn biri olan a.thyroidea ima aşağıdakılardan hansının şaxəsidir?
C. a.thyroidea ima 10-15% hallarda arcus aortadan ayrılır. a.carotis externa-dan yuxarı qalxanabənzər arteriya, truncus thiroservicalis-dən isə aşağı qalxanabənzər arteriya ayrılır.
5. Aşağıdakı hormonlardan hansı hipofizdə sintez olunmaz?
C. Hipofiz iki paya ayrılır: adenohipofiz(ön pay) və neyrohipofiz(arxa pay). Adenohipofizdə tireotrop, folikulstimuləedici, lüteynləşdirici, adrenokortikotrop hormon, prolaktin, somatotropin; arxa payda isə vazopressin və oksitosin sintez olunur. Aldosteron isə böyrəküstü vəzdə ifraz olunur
6. Qalxanvarı vəz toxumasının ən çox ektopik yerləşdiyi və funksiya edən yeri aşağıdakılardan hansıdır?
D. Ektopik yerləşən qalxanabənzər vəz dil kökündə və əhali arasında 1-4 min nəfərdən 1-də rast gəlinir. Bu patalogiya qalxanabənzər vəzin miqrasiyasının dayanması nəticəsində olur, dilin kor dəliyi nahiyəsində tam və ya hissəvi qalır.
7.Aşağıdakı xəstəliklərdən hansı tireotoksikozun ən çox rast gələn səbəbidir?
B. Qreyves xəstəliyi (Diffuz toksiki ur) olan xəstələrin qanında LATS (Long Acting Thyroid Stimulator) faktoru aşkarlanır. Bu da tiroid toxumasına stimuləedici təsir göstərərək tirositlərdən tiroid hormonlarının artıq miqdarda qana ifrazına- tireotoksikoza səbəb olur.
8. Qreyves xəstəliyi aşağıdakı göz əlamətlərindən hansını törətməz ?
E. Endokrin oftalmopatiya 90-91% diffuz toksiki ur (Qreyves) olan xəstələrdə rast gəlinir. Endokrin oftalmopatiyada retrobulbar toxumada və ekstraokulyar əzələlərdə ödem əmələ gəlir. Bu da göz almasının protuziyasına, göz yarığının tam bağlanmamasına səbəb olur. İridosikliti isə Qreyves xəstəliyi törətmir.
9. Tiroid toxumasında ən çox rast gəlinən kanser tipi hansıdır?
D. Papilyar şiş tiroid kanserlərinin 75%-ni təşkil edir və 20-50 yaşlı xəstələr arasında, qadınlarda və yodla zəngin bölgələrdə daha çox rast gəlinir. Folikulyar kanser rast gəlmə tezliyi- 5-10%, medulyar kanserin 5-10%, anaplastik kanserin isə 3%-dir.
10. Qalxanabənzər vəzin papilyar xərçəngi haqqında hansı yanlışdır?
C. Papilyar xərçəngdə yayılma əsasən limfatik yolla (15-30%) baş verir və boyun limfatik düyünlərinə daha çox metastaz verir. Xəstələrin 30-80%-da xəstəlik multifokaldır. Hematogen yolla folikulyar xərçəng yayılır.
11.Hipertiroidizmin müalicəsində istifadə olunan dərmanlardan hansının aqranulositoz törətmə riski yüksəkdir?
E. Hipertireodizmin müalicəsində istifadə olunan dərmanlardan propiltiourasil və metimizolun dərman allergiyası, temperaturun yüksəlməsi və aqranulositoz kimi əlavə təsirləri vardır.
12 Hipertirodizm zamanı istifadə olunan dərmanlardan hansı müalicədən sonra davamlı hipotireoz yaradar?
C. Radioaktiv yodla müalicədə J131izotopundan istifadə olunur. Tətbiq olunan terapevtik doza (10-20mKi) tiroid toxumasında iltihabı reaksiya əmələ gətirərək hüceyrənin (tireosit) nekrozuna səbəb olur. Xəstələrin 90%-da davamlı hipotirieoz yaranır,bu da xəstədə ömrünün sonunadək əvəzedici terapiyanın (hormonal müalicə) aparılmasını labüd edir.
13 Medulyar tiroid kanserində əsas diaqnostik göstərici hansıdır?
D. Medulyar xərçəngdə qalxanabənzər vəzin C-hüceyrələrinin (parafolikulyar) hiperplaziyası olur və kalsitonin ifrazı artır. Plazmada kalsitoninin təyini diaqnozun qoyulmasında və izləmdə çox dəyərlidir.
14 Aşağıdakılardan hansı tiroid əməliyyatlarının gec ağırlaşmasıdır?
C. Hipotireoz tiroid əməliyyatlarının gec ağırlaşmasıdır. Digər ağırlaşmalar isə əməliyyatdan sonrakı erkən ağırlaşmalardır: qanaxama-0,1-4%, hipoparatireoz-1-7%, qırtlaq sinirinin zədələnməsi-0,1-4,1% hallarda rast gəlinir.
15 Qalxanvari vəzisi böyük olmayan hipertiroidli gənc qadın xəstədə aşağıdakı müalicələrdən hansını tətbiq etmək daha məsləhətdir?
E. Hipertireozu olan xəstələrdə ilk olaraq antitireoid dərmanlar verilməlidir. Əgər aparılan müalicə 6-12 ay müddətində effekt vermədikdə cərrahi müalicə və ya radiaktiv yodla müalicə üsulu seçilir.
16 Hipertireoz ilə hipotireozu diferrensiasiya edərkən hansı əlamətin əhəmiyyəri yoxdur?
B. Hipertireoz zamanı qanda T3, T4 hormonu artır, TSH azalır, taxikardiya və ekzoftalm olur. Qalxanabənzər vəzin ölçüsünün vəzin hormonal aktivliyində əhəmiyyəti yoxdur.
17 Qreyves xəstəliyi ilə əlaqədar hansı ifadə yanlışdır ?
D. Qreyves xəstəliyi autoimmun xəstəlikdir. Belə ki diffuz toksiki zobu olan xəstələrdə tireostimuləedici anticisim (LATS və LATS-p) əmələ gəlir. Bu antitel (TSA) tirositlərin səthində yerləşən tiroistimuləedici hormana həssas reseptorlarla birləşərək vəzi stimulə edir və vəz diffuz şəkildə böyüyür, hormon ifrazı artır. Yod çatmazlığı isə Qreyves xəstəliyinin əmələ gəlməsinə səbəb olmur.
18 Tiroid xəstəliklərinin ilkin diaqnostikasında hansı müayinə mütləq deyil?
D. Tireoid xəstələrin ilkin diaqnostikasında klinik müayinə, qalxanabənzər vəzin USM-i, tiroid hormonlar yoxlanmalı, şübhəli düyün varsa USM altında incə iynə biopsiyası aparılmalıdır. Radioizotop müayinə ilkin müayinə deyil.
19 Tireotoksik kriz ilə əlaqədar hansı ifadə doğru deyil?
B. Tireotoksiki kriz diffuz toksik ura görə aparılmış əməliyyatdan sonra baş verən ən ağır ağırlaşmadır. Tireotoksiki krizdə əməliyyat travması zamanı tiroid hormonlar( sərbəst T3 və sərbəst T4) çoxlu miqdarda qan dövranına daxil olur, katexolaminlərə həssaslıq artır, böyrəküstü vəzlərin qabıq qatının funksiyasının nisbi çatmazlığı olur, simpatik-adrenal sistem aktivləşir, mərkəzi sinir sistemində oyanıq dominant mərkəz əmələ gəlir. Hormonların birdən azalmasından sonra tireotoksiki kriz baş verməz.
20 Kiçik və çoxdüyünlü eutiroid uru olan xəstədə ilk seçim müalicəsi nədir?
D. Eutiroid kiçik ölçülü düyünlü ur olan xəstələrdə izləmə və ya L-tiroksin preparatı verilir. İlk 3 aydan sonra təkrar USM aparılır, düyünün ölçüsündə böyümə yoxdursa və tam xoşxassəli düyünə xarakterik göstəricilər varsa tiroid hormonlarla müalicə aparılır. E.L.Mazzaferri-yə (1993) görə belə xəstələrin10-20%-da yaxşı nəticələr əldə edilmişdir.
21 Tiroid əməliyyatlarından sonra hansı ağırlaşma rast gəlməz?
A. Qalxanabənzər vəzin əməliyyatlarından sonra baş verən ağırlaşmalar 2 qrupa bölünür;
1.Spesifik; a)erkən-birtərəfli və ya iki tərfli yuxarı və ya aşağı qırtlaq sinirinin parezi, keçici hipoparatireoz, tireotoksiki kriz;
b)gecikmiş- qırtlaq sinirinin iflici, qalıcı hipoparatireoz, hipotireoz, əməliyyatdan sonra residiv ur.
2. Qeyri-spesifik-qanaxma, yaranın irinləməsi
Tiroid əməliyyatlarından sonra hiperkalsemiya baş vermir.
22 Paratiriod adenomasının xoş və bəd xassəli olması olaraq necə differensiasiya edilir?
D. Paratiroid karsinomu birincili hiperparatireodizmli xəstələrin 0,5%-da rast gəlinir. Birincili hiperparatireodizmin əksinə olaraq belə xəstələr gənc və kişi/qadın yayılımı eyni olur. Kalsium səviyyəsi 13,7 mg/dl və qələvi fosfotaza yüksəlməyə meyillidir. Patohistolohi olaraq adenoma və xərçəng arasında ciddi fərq olmur. Paratiroid xərçənginin fərqləndirən xüsusiyyət metastazların olmasıdır. Paratireoid vəzin xərçəngi limfogen yolla boyun və divararaliğı regionar limfatik düyünlərə metastaz verir.
23 Paratiroid adenomasını çıxardıqdan sonra baş verən hipokasemiyanın ən önəmli mexanizmi hansıdır ?
C. Parathormonun təsirindən sümüklərdə kalsiumun rezorbsiyası artır. Paratiroid vəz çıxarıldıqdan sonra isə əksinə qanda olan kalsium sümüklərə keçir, plazmada ionlaşmış kalsium azalır.
24 Xəstədə ilkin müayinələrdə USM-də 4 sm-lik tək heterogen düyün, hormonlar normal səviyyələrdə tapılır. İlk növbədə hansını seçərsiniz?
E. USM-də 4 sm-lik heterogen, hipoexogen strukturlu düyünlərdə nazik iynə aspirasion biopsiyası aparılır və sitoloji müayinənin nəticəsinə uygun cərrahi əməliyyatın həcmi seçilir.
25 Hiperparatiroidizm zamanı qanda .... yüksəlir?
D. Parthormon sümüklərdə kalsium və fosforun rezorbsiyasını stimulə edir, böyrəklərdə isə kalsiumu reabsorbsiya edərək 25(OH)D3-ü 1,25(OH)2D3-ə çevirir; fosfor və bikarbonatların reabsorbsiyasını əngəlləyir. Hiperparatireozda isə qanda kalsium artır.
26 Böyrək daşı xəstəliyi yanaşı olaraq hansı xəstəliklə birgə daha çox rast gəlinir?
A. Hiperparatireoz zamanı qalxanabənzərətraf vəzin hormunu bilavasitə böyrəyə zədələyici təsir göstərir, hiperkalsiemiya, hiperkalsiuriya, hiperfosfaturiya, sidiyin pH-ı artır və neftolitiazla nəticələnir.
27 A.thyreoidea inf. hansı damarın şaxəsidir?
B. a.thyreoidea inferior Truncus thyriservicales-dən ayrılır.
28 Qalxanvari vəzin hansi xəstəliyində əməliyyat önü larinqoskopiya aparmaq mütləqdir?
C. Səs tembrinin dəyişməsindən asılı olmayaraq uru olan bütün xəstələrdə larinqoskopiya aparmaq lazımdır.
29 Endemik urda aşağıdakı hormonlardan hansının miqdarı artır?
B. Endemik ur yod azlığı nəticəsində əmələ gəlir.Yod azlığı nəticəsində tiroid hormonların miqdarı azalır. Nəticədə əks-əlaqə prinsipi əsasında TSH səviyyəsi artır. Digər tiroid hormonları isə artmır.
30 Bu xəstəliklərdən hansı anadangəlmədir?
B. Kretinizm anadangəlmə xəstəlikldir, embrional dövrdə yod çatmazlığı nəticəsində əmələ gəlir. Bu xəstəlikdə mərkəzi sinir sistemi zədələnir.
31 Total tiroidektomiya zamanı sağ aşağı paratiroid vəz çıxarılarsa, həmin vəz hansı əzələyə autotransplantasiya edilə bilər?
D. Qidalanması pozulan paratiroid vəz hansı tərəfdə zədələnibsə həmin tərəfdə yerləşən m.sternocleidomastoideus-a transplantasiya edilir.
32 Sağ qırtlaq siniri hansı damarın önündən keçərək geri qayıdır?
E. Sağ qırtlaq siniri a.subclavicularis önündən keçərək geri qayıdır və sağ qayıdan sinir adlanır. Sol qırtlaq siniri isə aorta qövsünün önündən keçərək geri qayıdır və sol qayıdan qırtlaq sinir adlanır.
33 Autoimmun tiroiditlərin diaqnostikasında qanda olan əsas göstərici nədir?
D. Müəyyən edilmişdir ki, autoimmun tiroiditi olan xəstələrdə qalxanabənzər vəz toxumasında "mikrosomal antigen" var. Buna görə də klinik praktikada mikrosomal fraksiyaya (tiroid peroksidaza) qarşı autoanticisim əmələ gəlir. Xroniki tiroiditli xəstələrdə Anti-TPO titri yüksək olur.
34 Hansı düyünlərdə incə iynə aspirasion biopsiyası mütləq göstəriş deyil?
C. Düyünün ultrasonoqrafiya ilə müayinəsində incə iynə biopsiyasına göstərişlər: hipoexogenliyi, mikrokalsifikasiya, nizamsız kənar, ətraf toxumaya invaziya, boyun limfaedopatiyası, "halo"-nun olmaması, düyünün içərisinin qanlanmasının yüksək olmasıdı. Hiperexogen düyünün biopsiyası mütləq göstəriş deyil.
35 Papilyar tiroid xərçəngə görə total tiroidektomiya edilmiş xəstələrin izlənməsində .... yoxlanılmalıdır?
36. Radioaktiv yodla müalicənin hansı xəstəlikdə effekti yoxdur.
37 Qalxanabənzər vəzin normal USM-də həcmi- kişilərdə və qadınlarda nə qədərdir?
38 Boyun-Döş sümüyü arxası uru olan xəstənin əlaməti deyil?
E. Bəzi müəlliflərin məlumatlarına boyun-döş sümüyü arxası ur 1-31% hallarda rast gəlinir. Yerləşməsinə görə, boyun-döş (vəzin böyük hissəsi boyunda yerləşir), döş-boyun( böyük hissəsi döş qəfəsində) və döşdaxili. Bu xəstələrin simptomları-tənginəfəslik, stridor, boğulma, disfagiya, bogazda "qida qalması", yuxarı boş vena sindromu, stenokardiya, səs bağlarının paralici və iflici, tiretoksikoz, bədən çəkisinin azalması. Boyunda pulsasiya damar anevrizmasına aid əlamətdir.
39 Diffuz toksiki urun müalicəsində hansı çox az istifadə olunur?
E. Diffuz toksiki urun (DTU) konservativ müalicəsində tireostatik preparatlarla (metimazol-merkozolil, tirazol və propiltiourasil) β-adrenoblokatorlar (anaprilin, atenalol) birgə istifadə olunur. Avropa ölkələrində və Amerikada isə əksər həkimlər DTU-də radioaktiv yodla müalicəyə üstünlük verirlər. DTU-lu xəstələrin 40%-ı isə cərrahi müalicəyə (total tiroidektomiya) məruz qalır. DTU zamanı vəz toxuması autoimmun prosesə cəlb olunduğundan aparılmış subtotal tiroidektomiya əməliyyatından sonra residiv ehtimalı yüksəlir.
40 Plammer (tireotoksiki adenoma) xəstəliyinin diaqnostik göstəricisi deyil?
B. TSH təsirindən asılı olmayaraq tireoid toxuma tərəfindən yodun tutulması və tireositlər tərəfindən tiroksin sintezi qalxanabənzər vəzin funksional avtonomiyası adlanır. Tireotoksiki adenomada total T3 və sərbəst T3 yüksəlir, T4 normal, TSH isə aşağı və normal olur, 99mTc-pertexnatla aparılan sintoqrafiyada funksional avtonomiya ocaqları "qaynar-isti" düyünlər kimi müəyyən edilir. Anti-TPO isə diffuz toksiki urda (autoimmun proseslə əlaqəli) yüksəlir.