Hazırladı: asis. Xıdırova N.
I-cərrahi xəstəliklər kafedrası
Redaksiya heyəti: prof.Bayramov N., t.f.d.Hümmətov A.
Rezidentlər: Mürvələdova N., Xanəliyeva Z.
1 Kəskin mediastinit hansı toxumanın iltihabıdır ?
D. Divararalığının latinca adı mediastinumdur və iltihabı il mediastinit adlanır.
2 Hazırkı təsnifata görə divararalığı hansı hissələrə ayrılır?
E. Divararalığı döş qəfasi daxilində iki plevra boşluqları arasında yerləşən sahəyə deyilir. Bu sahənin divarlarını sağ və sol tərəfdən plevralar, aşağıdan diafraqma, yuxarıdan boyun fassiyaları, öndən döş sümüyü, arxadan isə fəqərələr 1-11-ci döş fəqərələri təşkil edir. Klassik anatomiyda divararalığını ön, arxa, yuxarı və aşağı hissələrə ayrılır. Hazırda klinik anatomiya baxımından divararalığının 3 hissəsi qeyd edilir (Burkell təsnifatı): ön, orta və arxa. Ön mediastinumda timus, limfa düyünləri, qalxan aorta v aorta qövsu, böyük venalar yerləşir. Orta medastinumda ürək, perikard, traxeya, diafraqmal sinir və limfa düyünləri yerləşir. Arxa divararalığında simpatik kələf, azan sinir, qida borusu, enən aorta, döş limfatik axarı və limfa düyünləri yerləşir.
3 Kəskin mediastinitin ən çox rast gələn səbəbi hansıdır?
B. Kəskin mediastinit adətən birincili xəstəlik deyil və digər xəstəliklərin ağırlaşmasıdır. Mediastinuma infeksiya 4 mənbədən gələ bilər: birbaşa kontaminasiya (qida borusu və bronx zədələnməsi, əməliyyat), boyun infeksiyasının yayılması, plevra və ağciyər infeksiyalarının yayılması və hemato-limfogen yayılma. Qida borusunun perforasiyası (Boerhaave sindromu, yatrogen, travma və s) mediastinitin ən çox rast gələn səbəbidir (90%).Ona görə də medaistinitli xəstələrdə ilk növbədə qida borusu yoxlanılmalı (oral kontrastlı rentgen və ya KT), qida borusu perforasiyalarında isə ilk növbədə medastinitin profilaktikası aparılmalıdır.
4 Ön mediastinit üçün ən xarakterik əlamət hansıdır?
C. Göstərilən əlamətlər mediastinitdə görünə bilir. Bunlar arasında başı arxaya əyəndə ağrının artması ön mediastinitə daha xarakterikdir, çünki bu zaman ön divararalığı orqanları öz vəziyyətini dəyişir.
5 Mediastinit üçün hansı məcburi vəziyyət daha xarakterikdir?
D. Mediastinit zamanı başı önə əyib yarımoturaq vəziyyət aldıqda xəstənin ağrıları azalır və vəziyyəti bir qədər yüngülləşir
6 Kəskin irinli mediastinitdə asas müalicə hansıdır?
E. Kəskin irinli mediastinitdə antibiotikoterapiya, infuziyon müalicə, səbəbin aradan qaldırılması və cərrah drenaj kimi tədbirlər həyata keçirilir. Bu tədbirlər arasında təcili cərrahi müdaxilə həlledici vasitə sayılır.
7 Mediastinit zamanı antibakterial müalicəyə nə vaxt başlamaq lazımdır ?
B. Kəskin irinli mediastinitdə antibiotikoterapiya, infuzion müalicə, səbəbin aradan qaldırılması və cərrah drenaj kimi tədbirlər həyata keçirilir. Antibiotikoterapiya və infuzion terapiya diaqnoz qoyulan kimi başladılmalıdır.
8 Mediastinit zamanı əsas diaqnostika üsulu hansıdır ?
A. Anamnez və klinik müayinə medastinitə şübhə yaradır, diaqnozu dəqiqləşdirmədə isə ən vacib müayinə komputer tomoqrafiyadır. Tomoqrafiya mediastinitin olub-olmaması ilə yanaşı səbəbini də (qida borusu perforasiyası, bronx zədələnməsi , ətraf orqanlarda patologiya və s.) aşkarlamada faydalıdır.
9 Xroniki mediastinitdə hansı müalicə üsuluna üstünlük verilir ?
D. Xroniki mediastinit divararalığındakı gövşək toxumada qranulamatoz və fibrozun inkişafı ilə xarakterizə olunan xroniki iltihabdır. Histoplazma və tuberkuloz ən çox rast gələn səbəbidir. Əksər hallarda asimptomatik (75%) olsa da xəstələrin ¼-ündə fibroza bağlı sıxılma əlamətləri görünür (bronx sıxılması, yuxarı boş vena sindromu). Müalicəsində ilk növbədə spesifik antibiotikoterapiya aparılır. Sıxılma sindromu və kütlə tapılan hallarda isə cərrahi müalicə lazım gəlir.
10 Xroniki mediastinitdə cərrahi müalicəyə ... göstərişdir .
B. Xronik mediatinitin müalicəsində ilk növbədə spesifik antibiotikoterapiya aparılır. Sıxılma sindromu və kütlə tapılan hallarda isə cərrahi müalicə lazım gəlir.
11 Hansı divararalığına infeksiyanın yayılma yollarına aıd deyil?
A. Kəskin mediastinit adətən birincili xəstəlik deyil və digər xəstəliklərin ağırlaşmasıdır. Mediastinuma infeksiya 4 mənbədən gələ bilər: birbaşa kontaminasiya (qida borusu və bronx zədələnməsi, əməliyyat), boyun infeksiyasının yayılması, plevra və ağciyər infeksiyalarının yayılması və hemato-limfogen yayılma.
12 Kəskin mediastinitdə ən çox rast gələn ... mikroflora.
C. Kəskin mediastinitlərdə ən çox qarışıq (aerob və anaerob) mikrofloraya rast gəlinir.
13 Hansı əlamət kəskin mediastinitə xarakterik deyil?
D. Kəskin medastinit üşütmə, yüksək hərarət, döş qəfəsində ağrı, təngənəfəslik, ağır ümümi vəziyət ələmətləri ilə biruzə verir. Sarılıq kəskin mediastinitə xarakterik əlamət deyil.
14 Kəskin mediastinitin differensial diaqnostikasında bu xəstəliyin əhəmiyyəti (mənası) yoxdur:
A. Pnevmoniya, irinli plevrit, perikardit və divararalığı törəmələri mediastenitə bənzər əlamətlər verə bilirlər və differensasiya etmək lazım gəlir. Oxşar əlamətləri olmadığı üçün kəskin mediasteniti diafraqmanın relaksasiyası ilə müqayisə etməyin əhəmiyyəti yoxdur.
15 Divararalığının travmaları zamanı emfizema hansı hallarda müşahidə olunmur?
E. Divararalığının travmalarında havalı orqan olmadığı üçün perikardın zədələnməsi zamanı emfizema müşahidə edilmir.
16 Divararalığının hansı sistləri embrional mənşəli deyil?
C. Divararalığının xoş və bədxassəli mezenximal sistləri embrional mənşəli deyil. Sadalanan digər törəmələr embrional mənşəlidir.
17 Germ hüceyrəli törəmələr (dermoid sistlər və teratomalar) divararalığının hansı hissəsində daha çox rast gəlir:
C. Divararalığının törəmələrinin əksəriyyəti (75%) xoşxassəlidir. Ön mediastinumda timoma, limfoma, germ-hüceyrə törəmələri (teratoma, seminoma və s), tiroid, paratiroid, lipoma, orta mediastinumda anevrizmalar, lipoma, miksoma, bronxogen kistlər, perikardial kistlər, ezofagial törəmələr, feoxromasitoma, arxa mediastinumda isə neyrogen törəmələr və feoxromasitoma çox rast gəlir. Limfoma bütün hissələrdə rastlana bilir.
18 Sadalanan metodlardan hansı divararalığı şişlərinin təbiətini daha dəqiq göstərə bilir?
D. Morfoloji müayinə divararalığı şişlərinin təbiətini ən dəqiq göstərən müayinədir.
19 Arxa divararalığında ən çox hansı şişlərə rast gəlinir?
E. Arxa divararalığında neyrogen şişlərə daha çox rast gəlinir
20 Divararalığının şişləri zamanı morfoloji müayinə üçün biopsion material hansı metodla götürülə bilməz?
A. Laparoskopiya qarın boşluğu patologiyaları zamanı tətbiq olunur və bu zaman divararalığı şişlərindən biopsiya götürülə bilməz.
21 Divararalığının xoşxassəli şişləri və sistləri üçün hansı müalicə taktikası düzgündür?
C. Divararalığının xoşxassəli şişləri və sistləri zamanı cərrahi müalicə göstərişdir. Dinamik müşahidə və digər müalicə metodları məqsədəuyğun deyil.
22 Divararalığının bədxassəli şişlərinin cərrahi müalicəsinə əks göstəriş deyil:
D. Digər hallardan fərqli olaraq disfagiya və ağrının olması cərrahi əməliyyata əks göstəriş deyil.