Hazırladı: I Cərrahi xəstəliklər kafedrası, t.f.d. Namazov A.
Redaksiya heyəti: prof. Bayramov N., t.f.d.Hümmətov A.
1.İntraabdominal təzyiqin təyin edilməsində ən çox istifadə olunan metod aşağıdakılardan hansıdır?
C. Qarındaxili təzyiqin ölçülməsi üçün Valsman cihazının induktoru sidik kisəsinə yerləşdirilir və intraabdominal təzyiq ölçülür.
2. Abdominal kompartman sindromunda aşağıdakılardan hansı birbaşa təsirə məruz qalmaz ?
C. Qarındaxili təzyiq çoxalanda ilk növbədə venalar, orqanlar sıxılır, diafrqamanın hərəkəti azalır. Bu da ilk növbədə ağciyərin, böyəklərin, bağırsaqların və qaraciyərin funksiyasını pozur. Arterial təzyiq bilavasitə dəyişmir, venoz dönüşün azalmasıilə əlaqədar azala bilər.
3. Qarın divarı yırtıqları ilə əlaqədar aşağıdakı ifadələrdən hansı düzgündür ?
E. Yırtıqlar arasında ən çox rast gələni qasıq yırtığıdır və yırtıqların 75 % təşkil edir. Sağ və ya sol tərəfdə yırtıqların əmələ gəlməsində ciddi fərqi yoxdur. Femoral yırtıqlar qadınlarda daha çox rast gəlinir və yırtıqların 30%-ni, kişilərdə isə 2%-ni təşkil edir. Çəp qasıq yırtıqları daha gec, düz qasıq yırtıqları isə daha erkən və daha bariz biruzə verir.
4. Əlli səkkiz yaşında kişi xəstə göbək yırtığı şikayətləri ilə xəstəxanaya müraciət etmişdir. Deməsinə görə 40 ildir ki, alkaqol qəbul edir, 6 ay əvvəl assit əmələ gəlmiş, heç bir müalicə almamışdır. Fiziki muayinədə böyük dərəcəli assit, böyük göbək yırtığı, yırtığın üzərini örtən dərinin incə olduğu və yırtıqdan şəffaf, qoxusuz maye sızdığı müəyyən edilir.
Bu xəstə üçün ən uyğun müalicə aşağıdakılardan hansıdır?
B. Göstərilən müalicələrin hamısı assit fonundakı göbək yırtığında istifadə edilə bilər. Lakin ən düzgünü diuretiklərlə assiti azaltmaq və sonra yırtığı təmir etməkdir. Fistulizasiyanı nəzərə alaraq antibiotikoterapiya vacibdir.
5. Aşağıdakılardan hansı bud kanalının həlqəsinin divarını əmələ gətirən üzvlərdən biri deyil?
E. Normada bud kanalı yoxdur, lakin yırtıq baş verdikdə kanal formalaşır. Bud kanalının divarlarını bud venası,Coopfer bağı, tractus iliopubicus və lacunar bağ təşkil edir. Aşağı epiqastrik arteriya qasıq kanalının arxa divarında yerləşir və bud kanalı ilə əlaqəsi yoxdur.
6. Aşağıdakı yırtıqların hansında boğulma ən az rast gəlinir?
C. Bel yırtıqlarının yırtıq qapısı adatən çox geniş olur, ona görə də boğulma halları çox az rast gəlinir.
7. Hernioplastikalardan sonra ortaya çıxan xronik ağrıların səbəbini dəqiqləşdirmək üçün ən yararlı müayinə üsulu aşağıdakılardan hansıdır?
C. Hernioplastikalardan sonra xroniki ağrıların səbəbləri arasında ilk yerləri yırtığın residivi və sinirlərin çapıqla və ya tikişlərlə sıxılması tutur. MRT müayinəsi ilə həm hernioplastikadan sonrakı residivləri, həm də siniri sıxa biləcək ən kiçik çapıq toxumasını müəyyən etmək mümkündür.
8. Kremaster əzələsini asağıdakı sinirlərdən hansı innervasiya edir?
A. Kremaster əzələ iliohipoqastrik sinirlə innervasiya olunur.
9. Qarının aşağı və budun iç səthində şiddətli ağrılarla xəstəxanaya müraciət edən 76 yaşındakı qadın xəstənin müayinəsində sağ ayağı bükdükdə ağrının azalması müəyyən edilir. Kəskin qarın əlamətləri olan xəstəyə laparotomiya icra olunmuş və nazik bağırsaq ilgəyinin yırtıq kisəsində boğulması görülmüşdür.
Bu xəstədə yırtıq tipi ən böyük ehtimalla aşağıdakılardan hansıdır?
E. Göstərilən əlamət qapayıcı dəlik yırtığının boğulması üçün daha xarakterikdir.
10. Bassini üsulu hansı tip yırtıqların cərrahi müalicəsində istifadə olunur?
A. Bassini usulu qasıq yırtıqlarının plastikası üsulu olub arxa divarın əzələ və köndələn fassiya ilə möhkəmlədirilməsindən ibarətdir
11. Aşağıdakılardan hansı qasıq yırtığı plastikasından sonra işemik orxitə səbəb ola bilər?
A. Qasıq yırtığı əməliyyatlarından sonrakı işemik orxitin baş vermə səbəbləri arasında əsas yeri toxum ciyəsinin geniş disseksiyası və bu zaman damarların zədələnməsi tutur. Belə hal adətən xayalığa qədər enən böyük yırtıq kisəsinin ayrılması zamanı rast gəlir.