Hazırladı: t.e.n. Xıdırova N.
Redaksiya heyəti: prof. Bayramov N., t.f.d.Hümmətov A.
1. Yuxarı və aşağı mədə-bağırsaq qanaxmları arasında şərti sərhəd nə hesab edilir?
C. Treyts bağı mədə-bağırsaq traktının yuxarı və aşağı hissələrə ayırdığı üçün müvafiq olaraq aşağı və yuxarı mədə-bağırsaq qanaxmalarının da şərti sərhəddi hesab olunur.
2. Yuxarı mədə-bağırsaq qanaxmalarının ən çox rast gələn səbəbi nədir?
E. Mədə-bağırsaq qanaxmalarının ən çox rast gələn səbəbi mədə və 12barmaq bağırsaq xorasıdır (~50%). Qida borusunun varikoz venalarından qanaxma - ~10%, ezofagitlərdə - ~5%, Mallori-Veys sindromu -~3%, mədə şişi -~1% təşkil edir.
3. Mallori-Veys sindromu nədir?
B. Mallori-Veys sindromu kardioezofageal nahiyədə selikli qişanın cırılmasıdır. Bu zədələnmə təkrar qusmalar zamanı möhtəviyyatın təzyiqlə kardial məngənəyə çırpılması nəticəsində əmələ gəlir.
4. Hematemezis nədir?
D. Qanlı qusma həzm traktının yuxarı hissəsindən olan qanaxmalar üçün xarakterikdir. Qusuntu kütlələrinin xarakteri (al qan, tünd qirmizi laxtalar, "qəhvə xıltı") hemoqlobinin duz turşusunun təsirindən hematinə çevrilməsindən asılıdır.
5. Hematemezis daha çox hansı patologiya üçün xarakterikdir?
A. Qida borusunun varikoz genəlmiş venalarına hematemezis daha xarakterikdir. Bu zaman adətən birdən-birə heç bir ağrı olmadan dəyişilməmiş qanla qusma müşahidə olunur.
6. Hansı ifadə yuxarı mədə-bağırsaq qanaxmalarına aid deyil?
C. Mədə-bağırsaq qanaxmalarının ən çox rast gələn səbəbi mədə və 12barmaq bağırsaq xorasıdır (~50%). Qida borusunun varikoz venalarından qanaxma - ~10%, ezofagitlərdə - ~5%, Mallori-Veys sindromu -~3%, mədə şişi -~1% təşkil edir.
7. Sadalananlardan hansı yuxarı mədə-bağırsaq qanaxmalarının səbəbi deyil?
D. Enən çənbər bağırsaq həzm traktının aşağı hissəsinə aid olduğu üçün onun şişi yuxarı mədə-bağırsaq qanaxmalarının səbəbi ola bilməz.
8. Alqover indeksi nə üçün istifadə edilir?
E. Alqover indeksi və ya şok indeksi nəbz sayının sistolik arterial təzyiqə olan nisbətidir və normada 0.5-ə bərəabərdir. Bu indeks adətən dövr edən qanın həcmini təyin etmək üçün istifadə edilir. İndeksin 1-dən böyük olması adədən ciddi hipovolemiyadan xəsbər verir.
9. Alqover indeksi necə təyin edilir?
D. Alqover indeksi nəbzin sistolik arterial təzyiqə nisbətidir, 1-dən böyük olması dövr edən qanın həcminin azalmasını göstərir.
10. Mədə-bağırsaq traktının hansı şöbəsindən olan qanaxmalara hematoxeziya daha çox xarakterdir?
E. Hematoxeziya qanlı nəcis deməkdir və adətən yoğun bağırsağın sol yarısı və rektum patologiyaları (divrtikukulyoz və babasil) üçün daha xarakterikdir. Yuxarı MBQ-da hematoxeziyanın olması təhlükəli əlamət olub profuz qanaxmanı göstərir.
11. Mədə-bağırsaq qanaxmalarında oktreotidin istifadəsi preparatın hansı effektinə əsaslanır?
C. Oktreotid somatostatinin sintetik anoloqudur. Mədə-bağırsaq damarlarında vazokonstruksiya törədir, hormonların və enzimlərin sekresiyanı və peristaltikanı azaldır. Bu cəhətinə görə də mədə-bağırsaq qanaxmalarında portal təzyiqi azaltmaq üçün, neyroendokrin törəmələrdə karsinoid sindromunun profilaktikası üçün və diareyalarda istifadə edilir.
12. Hansı ifadə aşağı mədə-bağırsaq qanaxmalarına aid deyil?
D. Aşağı mədə-bağırsaq qanaxmalarının səbəbləri arasında yoğun bağırsaq patologiyaları ilk sırada durur.
13. Hansı mədə-bağırsaq qanaxmaların müalicəsində Blekmor zondundan istifadə edilir?
B. Qida borusu venalarının varikoz genəlmələrində Blekmor zondu istifadə olunur. Bu zondda olan balon şişirdildikdə qida borusunun və mədənin kardial hissəsindəki qanayan venaları mexaniki sıxaraq qanaxmanı dayandırır