Hazırladı: Dos. Rüstəm Ə.M.
I-cərrahi xəstəliklər kafedrası
1 Nazik bağırsaq arteriyaların trombozu zamanı müşahidə edilmir:
С. Bağırsağın infarktı onun divarının ilk olaraq sinir elementlərinin ciddi zədələnmələrinə (ölümünə) səbəb olduğundan əzələlərin yığılmaları dayanır, ətraf (yaxın) hissələrdə isə ləngiyir. Sadalanan digər əlamətlər isə bağırsaq infarktında rast gəlir.
2 Nazik bağırsaq şişlərində...ən çox rast gəlir?
A. Klinik praktikada NB şişləri olduqca az rast gəlir. Bu şişlərin həm özləri, həm də ileosekal invaginasiyanı provakasiya etməklə kəskin bağırsaq keçməzliyi törədirlər.
3 Crohn xəstəliyinin ağırlaşmaları zamanı hansı müalicə göstərişdir?
B. Crohn xəstəliyinin ilkin müalicəsi konservativ müalicədir. Lakin, ağırlaşmalar baş verdikdə (perforasiya, absess, keçməzlik, profuz qanaxmalar) cərrahi müalicə göstərişdir.
4 Meckel divertikulunun ən çox rast gələn ağırlaşması hansıdır?
E. Meckel divertikulu omfalomezenterik axacağın yetərsiz obliterasiyası nəticəsində inkişaf edirr, mədə-bağırsaqda ən çox rast gələn inkişaf qüsurudur və əhalinin 2%-də müşahidə olunur. Meckel divertikulu əksər hallarda simp-tomsuz gedişli olur, 4% hallarda isə ağırlaşmalar baş verir: qanaxma – 40%, umbilikal fistul -15%, divertikulit – 15%, bağırsaq keçməzliyi -7%, ileo-ileal invaginasiya - 20%. Qanaxma ən çox rast gələn ağırlaşmadır və divertikulun ektopik mədə mukozası ilə bağlıdır. Divertikulit mənfəzdə durğunluğa görə meydana çıxır və klinik olaraq kəskin appendisitdən fərqlənmir.
5 Crohn xəstəliyinə görə xəstələr ən çox hansı göstərişə görə cərrahi əməliyyat olunurlar?
E. Crohn xəstəliyində cərrahi əməliyyat ağırlaşmalara görə aparılır. Bu xəstələrdə əməliyyat adətən kəskin bağırsaq keçməzliyinə görə yerinə yetirilir.
6 Nazik bağırsağın karsinoid şişləri zamanı optimal müalicə hansıdır?
A. Karsinoid şişlər APUD hüceyrələrdən inkişaf edən törəmələrdir, adətən ləng böyüyürlər, hormon ifraz edir və müvafiq surətdə paraneoplastik sindromlar törədirlər. Bu şişlər ümumiyyətlə kimya və radioterapiyaya az həssasdırlar. Karsinoidlər zamanı ən radikal müalicə metodu zədələnmiş hissənin rezeksiyasıdır. Hətta radikal rezeksiya mümkün olmadıqda şişazaldıcı cərrahiyyə də tövsiyə edilir.
7 Crohn xəstəliyinə xas rentgenoloji əla-mətlər hansı xəstəlikdə də görünə bilər?
E. Crohn xəstəliyinin xarakterik rentgenoloji əlamətlərindən biri nazik bağırsağın uzun seqmentində daralma (striktur) əlaməti və dolayı olaraq divar qalınlaşmasıdır. Bu əlamət nazik bağırsağın distal hissəsinin vərəmində də müşahidə edilir və onları bəzən diferensiasiya etmək çox çətin olur.
8 Nazik bağırsağın şişlərində bağırsaq keçməzliyinin əsas səbəbi hansıdır?
C. Nazik bağırsaq törəmələri 2 variantda bağırsaq keçməzliyi törədir: 1) birbaşa olaraq mənfəzin tutulması; 2) dolayı yolla - invaginasiyaya şərait yaratmaqla
9 Nazik bağırsağın mexaniki keçməzliyində dehidratasiyanın səbəbi deyil?
E. Mexaniki bağırsaq keçməzliyində orqanizmdə baş verən mühüm dəyişikliklərdən biri dehidratasiyadır. Onun başlıca mexanizmləri bağırsaqdan absorbsiyanın pozulması, suyun qan dovranından kənara çıxması (ödem, üçüncü sahə) və digər itkilərdir. İtkilər arasında qusma önəmli rol oynayır. Tərləmə isə bağırsaq keçməzliyində az rast gəlir və hipovolemiyanın mexanizmində önəmli rol oynamır.
10 .... paralitik bağırsaq keçməzliyinin ən çox rast gələn səbəbidir?
D. Paralitik bağırsaq keçməzliyinin əsas mexanizmləri bağırsaq divarında ödem, işemiya və sinir fəaliyyətinin pozulmasıdır. Peritonit zamanı ödem və qarındaxili hipertenziyaya bağlı işemiya bağırsaq ilgəklərinin parezinə səbəb olur. Periton-arxası sahənin patologiyaları isə daha çox reflektoru parez törədir. Ümumiyyətlə, bağırsaq parezi peritonitin çox rast gələn əlamətlərindəndir.
11 Nazik bağırsaq keçməzliyinin xarakterik rentgenoloji əlamətləri hansılardır?
A. Bu əlamətlərin hamısı nazik bağırsaq keçməzliyində rast gəlir. Onlar arasında bağırsaq keçməzliyi üçün ən xarakteriki maye-qaz səviyyələrinin (Kloyber kasacıqları) görünməsidir.
12 Bağırsaq infarktına hansı daha xasdır?
A. Mezenterial damarların trombozu üçün ən xarakterik əlamət güclü ağrılardır. Musariqə sinirlərinin, intramural və selikaltı sinir elementlərinin prosesə ilkin cəlb olunmasına görə ağrılar ilkin və güclü olur. Bu ağrıları şiddətinə görə kəskin pankreatit və aortanın anevrizminin partlaması ilə müqayisə etmək olar.
13 Meckel divertikulu .......
D. Bağırsağın digər seqmentləri kimi Meckel divertikulu da yırtığın möhtəviyyatını təşkil edə bilər. Meckel divertikulu divertikulit, perforasiya və peritonit, qanaxma və bağırsaq keçməzliyi ilə ağırlaşa bilər.
14 Nazik bağırsaq lokalizasiyalı Crohn xəstəliyi zamanı hansı cərrahi əməliyyat icra edilmir?
A. Crohn xəstəliyinin ağırlaşmalarında müxtəlif növlü və həcmli əməliyyatlar yerinə yetirilir. Nazik bağırsağın Crohn xəstəliyində yoğun bağırsaq üzərində əməliyyat aparmağa gərək yoxdur.
15 Hansı əlamət nazik bağırsağın mexaniki keçməzliyinə xarakter deyil?
C. Qarında əzələ gərginliyi adətən iltihabi xəstəliklər üçün xarakterikdir, bağırsaq keçməzlyinin erkən dövründə rast gəlmir. Digər əlamətlər bağırsaq keçməzliyinin klassik əlamətləridir.
16 Richter yırtığı .........
A. Yırtıq kisəsində Meckel divertikulunun boğulması Littre yırtığı, nazik bağırsağın sərbəst divarının boğulması isə Richter yırtığı adlanır.
17 Meckel divertikulu.........
A. Meckel divertikulu vitellointestinal (omfalo-mezenterik) axacağın yetərsiz obliterasyası nəticəsində əmələ gəlir, mədə-bağırsaqda ən çox rast gələn inkişaf qüsurudur və əhalinin 2%-də rast gəlir.
18 Meckel divertikulu nə üçün həqiqi divertikullara aid edilir?
E. Həqiqi divertikullar inkişaf etdikləri üzvün divarının bütün qatlarına malik olurlar.
19 Meckel divertikulunun xoralaşması və qanaxma hadisələri nə ilə əlaqədardır?
B. Meckel divertikulunun selikli qişasında 50% hallarda ektopik mədə mukozası rast gəlir. Ektopik toxumadan ifraz olunan xlorid turşusu bağırsağın selikli qişasında pepttik xora əmələ gətirir və qanaxmalar törədir. Qanaxma Meckel divertikulunun ən çox rast gələn ağırlaşmasıdır (40%).
20 Onikibarmaq bağırsaqda hansı ferment-(lər)i pankreatik profermentlərin aktivasiyasındaiştirak edir?
D. Pankreatik profermentlər ilk olaraq nazik bağırsaqğın selikli qişasında sintez olunan enterokinaza tərəfindən aktivləşirlər. Tripsinogen I və tripsinogen II enterokinazanın təsirindən aktivləşdikdən sonra bu prosesə qoşulurlar.
21 Crohn xəstəliyi nazik bağırsağın ...
C. Crohn xəstəliyi səbəbi dəqiq bilinməyən xroniki qranulomatoz iltihabi xəstəlikdir. Mədə bağırsaq sisteminin hər yerində rast gəlir. Ən çox nazik və yoğun bağırsaqlarda müəyyən olunur.
22 Nazik bağırsağın divaryanı boğulmasının ən aldadıcı əlaməti hansıdır?
B. Yırtıq qapısında divaryanı boğulma zamanı bağırsaq keçiriciliyi pozulmur və ya qismən, hissəvi pozulur, KBK əla-mətləri olmur, yalnız boğulmuş hissə nekrobiotik və nekrotik dəyişikliklərə uğradıqdan sonra inkişaf edən təhlükəli cərrahi ağırlaşmaların (kisəətrafı (dərialtı) fleqmona, kəskin peritonit) klinikası meydana çıxır.