Xəbərdarlıq

JUser: :_load: Не удалось загрузить пользователя с ID: 806

Kəskin qarın sindromu

Hazırladı: dosent İbişov K.

Redaksiya heyəti: prof. Bayramov N., t.f.d.Hümmətov A.


 

1. Kəskin qarın əlamətlərini olan xəstədə yayılmış abdominal ağrı və qarın divarında gərginliyin patogenezi hansıdır?

  • a) perforasiya
  • b) obstruksiya
  • c) intraabdominal qanaxma
  • d) işemiya xəstəliyi
  • e) Vissero-motor refleks

Cavab: E. Mədə və ya onikibarmaq bağırsaq xorasının deşilməsi zamanı qarın boşluğuna möhtəviyyatın tökülməsi və peritonun qıcıqlanması nəticəsində, qarın divarı əzələlərinin müdafiə gərginliyi əmələ gəlir. Bu zaman peritonun qıcıqlanması onu innervasiya edən qabırğaarası hissi sinir liflərinə və buradan da onurğa beyni vasitəsilə müvafiq qabırğaarası hərəki sinirlərə verilir.

 

2. Mədə və onikibarmaq bağırsaq xorasının ağırlaşmalarından hansı yayılmış kəskin peritonit klinikası törədir?

  • a) qanaxma
  • b) perforasiya
  • c) maliqnizasiya
  • d) penetrasiya
  • e) stenoz
 

Cavab: B. Xora xəstəliyinin perforasiyası qarın boşlüğüna mədə-bağırsaq möhtəviyyatının tökülməsinə. Bu isə peritonit klinikasınaın baş verməsinə səbəb olur. Qanaxma, stenoz, malginizasiya peritonit klinikası vermir. Penetrasiyada ağrı və hərarət olur, lakin yayılmış peritonit klinikası olmur.

 

3. Kəskin qarın xəstəliklərindən ölüm halları ən çox hansı xəstəlik zamanı olur?

  • a) kəskin appendisit
  • b) kəskin bağırsaq keçməzliyi
  • c) peritonit
  • d) kəskin xolesistit
  • e) kəskin pankreatit
 

Cavab: C
İzahı: Peritonit abdominal kompartman və sepsisə səbəb olur. Sepsis inkişaf edərək ağırlaşır, multiorqan yetməzlikləri meydana gəlir. Peritonitdə ölüm 20% həddindədir və orqan yetməzliyi ölümün basilica səbəbidir.

 

5. Xəstədə rentgenoqrafiya zamanı diafraqmanın sağ kümbəzi altında oraqvari hava zolağı görünür. Sizin diaqnozunuz nədir?

  • a) kəskin xolesistit
  • b) kəskin pankreatit
  • c) qida zəhərlənməsi
  • d) onikibarmaq bağırsaq xorasının perforasiyası
  • e) kəskin qastrit

Cavab: D. Qarında sərbəst havanın görünməsi iki hlda ola bilir: boşluqlu orqanların perforasiyası və laparotomiyadan sonrakı ilk həftələrdə. Mədə və baöırsaqların xoralarının, bəd xassəli xəstəliklərinin perforasiyaları, işemik nekrozları, mənfəzə keçən zədələnmələri havanın qarın boşluğuna keçməsinə səbəb olur. Sərbəst hava rentgenoqrafiyada, konpyuter tomoqrafiyada difraqma altında ayparaşəkilli zolaq kimi görünür. Perkutor olaraq qaraciyər kütlüyünün itməsi sərbəst havanın klinik əlamətidir. (Asan)

6. Aşağıda adları çəkilən xəstəliklərdən hansı pertionun qızıqlanma əlamətlərini vermir?

  • a) pnevmoniya
  • b) kəskin appendisit
  • c) kəskin pankreatit
  • d) yumurtalığın burulmuş sisti
  • e) müsariqə damarlarının trombozu

Cavab: A
İzahı: Pnevmoniya zamanı plevranın qıcıqlanması ilə əlaqədar ağrılar qarına irradiasiya edə bilir. Lakin belə xəstələrdə peritonun qıcıqlanma simptomları (palpator ağrı, döyəclənmədə ağrı, əlçəkmə siptomu, gərginlik) olmur.

7. Kəskin qarnın ən çox səbəbi hansı xəstəlikdir?

  • a) bitişmə mənşəli keçməzlik
  • b) kəskin xolangit
  • c) müsariqə damarlarının trombozu
  • d) xora perforasiyası
  • e) kəskin appendisit

Cavab: E. Qarın boşluğu orqanlarının kəskin cərrahi xəstəlikləri içərisində ən çox rast gələni kəskin appendisitdir. Odur ki, kəskin qarın terminini ən çox bu xəstəlik törədir. (Asan)

8. Xəstədə gərgin qarın, yüksək meteorizm, dözülməz ağrılar var və per rektum müayinədə barmağa qaramtıl qan bulanır. Sizin diaqnozunuz nədir?

  • a) mədə xorası
  • b) xərçəngin sinir infiltrasiyası
  • c) bitişmə mənşəli bağırsaq keçməzliyi
  • d) metabolik proseslər (şəkərli diabet fonunda)
  • e) mezenterial tromboz

Cavab: E. Dözülməz ağrılar pankreatit, mezenterial tromboz və aorta anevrizması partlaması üçün xarakterikdir. Ağrılar melena ilə müşayət olunarsa bu şübhələr daha da artır. Köp və peritonit əlamətlərinin də görünməsi mezenterial tromboz ehtimalını artırır. Mezenterial trombozda bağırsağın işemiyası atoniyaya, nekrozu isə perforasiyaya, mənfəzdaxili qanaxmaya və peritonitə səbəb olur.

9. Xəstədə kəskin qarın əlamətləri ilə nazik bağırsaq keçməzliyi müəyyən olunmuşdur. Burada sonuncu müalicə tədbiri kimi hansı seçilməlidir?

  • a) cərrahi müdaxilə
  • b) infuzion terapiya
  • c) antibiotikoterapiya
  • d) spazmolitiklər
  • e) nazoqastral zondlama

Cavab: A
İzahı: Nazik bağırsaq keçməzliyində xəstədə dözülməz kəskin ağrılar və mədəyə yaxın olduğu üçün tez-tez qusma olur. Keçməzlik bağırsağın burulması, düyünlənməsi, bitişmələrlə sıxılması, invaginasiya xarakterdə ola bilər. Bağırsaqda gedən dəyişikliyin dərəcəsindən asılı olaraq, bağırsağın rezeksiyası və yan-yana anastomozun qoyulması ilə əməliyyat başa çatır.