Hazırladı: I cərrahi xəstəliklər kafedrası, prof. A.Qeybulla
Redaksiya heyəti: prof. Bayramov N., t.f.d.Hümmətov A.
1. 45 yaşında xəstə şiddətli qusma zamanı döş sümüyü arxasında güclü ağrı, təngənəfəslik, ağrının sol çiyinə irradiasiya etməsini qeyd edir. Rentgenoloji müayinədə soltərəfli hidropnevmotoraks və divararalığı emfizema nəzərə çarpır. Müvafiq klinik situasiya nəyi düşündürür?
Cavab A. Qida borusunun spontan perforasiyası (Boerhaave's sindromu) şiddətli qusmadan və ağır gəyirmədən sonra qida borusunda təzyiqin kəskin artması hesabına ikincili baş verən ciddi bir durumdur. Ani baş verən substernal şiddətli ağrının olması ezofaqusun cırılması üçün tipikdir. Cırılmanın adətən sol plevral boşluqla əlaqəsi olduğundan sol tərəfli hidropnevmotoraks və divararalığı emfızema müəyyən edilir.
2. Paradoksal disfaqiya, gəyirmə və gecə requrqitasiyası hansı xəstəlik üçün daha xarakterikdir? Müvafiq klinik situasiya nəyi düşündürür?
Cavab C. Bərk qidaların keçməsi, suyun ləngiməsi ilə müşayiət olunan paradoksal disfaqiya, gəyirmə, gecə yuxııda baş verən requrqitasiya (yaş yastıq sindromu) kardiospazm üçün xarakterikdir. Qida borusu xərçəngində və yanıq stenozunda paradoksal disfaqiya müşahidə edilmir. Diffuz esofaqospazmda isə gecə regurqitasiyaları xarakter deyildir. (Orta)
3. Aşağıda göstərilənlərdən hansı sürüşkən hiatal (diafraqma dəliyi) yırtığın ağırlaşması deyildir?
Cavab B. Sürüşkən hiatal yırtıq kardianın arxa mediastinumda frontal müstəvidə yuxarıya doğru yerdəyişməsidir. Ezofaqit, qanaxma, Barret qida borusu sürüşkən hiatal yırtığın ağırlaşmalarıdır. Paraezofaqeal yırtıq normal vəziyyətdə kardiyanın yanından mədə dibinin (fundusun) yuxarıya doğru yer dəyişməsidir. Mədənin strangulyasiyası kimi ağırlaşma bu tip herniada baş verə bilər.
4. Qida borusunun kollikvasion nekrozu hansı halda baş verir?
Cavab B. Qida borusunun kimyəvi yanıqlarında korroziv ezofaqit əmələ gəlir. Aşındırıcı qələvilərlə yanığın kəskin fazasında kollikvasion (yaş) nekroz baş verir. Bu zaman əməmlə gələn suda həll olan albuminat qələvini toxumaların sağlam hissələrinə daşıyır, bu isə qida borusunun divarlarının daha dərin və geniş zədələnməsi ilə xarakterizə olunur. Qatı turşularla yanığın kəskin fazasında isə qalın quru qartmaqla örtülən koaqulyasion (quru) nekroz baş verir. Həmin qartmaq turşunun və toksiki maddələrin dərinə nüfuz etməsinin qarşısını alır, onların qana düşməsini azaldır.Süa müalicəsində və diffuz ezofaqospazm nəticəsində ezofaqeal mukozada kəskin yanıqlar olmur.
5. Qida borusunun koaqulyasion nekrozu hansı halda baş verir?
Cavab D. Qida borusunun kimyəvi yanıqlarında korroziv ezofaqit əmələ gəlir. Aşındırıcı qələvilərlə yanığın kəskin fazasında kollikvasion (yaş) nekroz baş verir. Bu zaman əməmlə gələn suda həll olan albuminat qələvini toxumaların sağlam hissələrinə daşıyır, bu isə qida borusunun divarlarının daha dərin və geniş zədələnməsi ilə xarakterizə olunur. Qatı turşularla yanığın kəskin fazasında isə qalın quru qartmaqla örtülən koaqulyasion (quru) nekroz baş verir. Həmin qartmaq turşunun və toksiki maddələrin dərinə nüfuz etməsinin qarşısını alır, onların qana düşməsini azaldır.Süa müalicəsində və diffuz ezofaqospazm nəticəsində ezofaqeal mukozada kəskin yanıqlar olmur.
6. Qida borusunun qatı sirkə turşusu ilə yanlqlarının erkən fazasında baş verən bilirubinemiya və sarılıq nə ilə bağlıdır?
Cavab D. Qatı sirkə turşusu ilə zəhərlənmələrində (qida borusunun yanıqlarında) damardaxili hemoliz inkişaf edir. Bu zaman sarılıq əmələ gəlir, sidik "ət suyu"rəngini alır, bilirubinemiya, hemoqlobinuriya qeyd edilir, anemiya artır.
7. Qida borusunun xərçəngində ən çox rast gələn əlamət aşağıdakılardan hansılardır:
Cavab C. Qida borusunun xərçəngi zamanı ən çox rast gələn əlamət disfaqiya və arıqlamadır. Disfaqiya ən ilkin simptomdur, sonra isə alimentar mənşəli arıqlama başlayır.
8. Qida borusunun axalaziyası zamanı ən effektiv müalicə üsulu hansıdır?
CAVAB B. Qida borusunun axalaziyası zamanı ən çox tətbiq edilən müalicə üsulu ezofaqomiotomiya ilə müştərək aparılan fundoplikasiyadır. Bu zaman xəstələrdə yaxşılaşma müşahidə edilir. Ballon dilatasiyada yaxşılaşma 65% müşahidə edilir, lakin xəstələrin yarısında residiv baş verir . Uzaq nəticələr baxımından da ezofaqomiotomiyanın alternativi yoxdur.(Orta)
9. Qida borusunun adenokarsinoması haradan inkişaf edir?
Cavab B. Qida borusunun selik qişası yastı hüceyrəli epitellə örtüldüyündən onun xərçəngi yastı hüceyrəli olur. Qida borusunun epitelində vəzili hüceyrələr olmadığından qida borusunda histoloji verifikasiya olunan adenokarsinoma aşkar edilməsi göstərir ki, proses mədənin kardial hissəsinin selik qişasından inkişaf edib qida borusu mənfəzinə dogru sirayət etmişdir və ya mədənin ektopok mukozasından inkişaf etmişdir.
10. Zenger divertikulu nədir və həzm traktmın hansı hissəsində rast gəlinir?
CAVAB A.Zenger divertikulu qida borusumm üst (faringoezofaqeal) sfinktorunun disfunksiyası nətıcəsində yaranır və ən çox farinqoezofaqeal zonada (Lanye-Qakkerman üçbucağında) rast gəlinir.
11. Aşağıdakı şikayətlərdən hansı qida borusunun axalaziyasına aid deyildir?
Cavab B. Qida borusunun axalaziyasında qida qəbulundan sonra baş verən halsızlıq, kollaptoid vəziyyət, soyuq tər basma halları olmur, bu şikayətlər erkən dempinq sindrom əlamətləridir. (Asan)
12. Axalaziyanın xarakterik manometrik əlaməti hansıdır?
CAVAB B. Axalaziya ezofaqusun birincili hərəki pozulması olub, qida borusununn peristaltikasının olmaması, aşağı sfinkter tonusunun artması və udma prosenidə boşalmaması ilə xarakterizə olur. Bu xəstəliyin diaqnostik kriteriyaları aşağıdakılardır : disfagiya, distalda darlama, proskimalda genişlənmə, manometriyada xarakterik əlamətlər (peristaltizmin olmaması və ya çox zəif dalğalar, aşağı sfinkterin yüksək təziqi (>40 mm Hg st), udma vaxtı aşagı sfinkterin az boşlması (mədədən 10 mm Hg st çox olması), endoskopik USM və ya KT-də kütlənin görünməməsi.
13. Retrosternal ağrı şikayəti ilə biruzə verən qida borusu axalaziyasını ilk növbədə hansı xəstəlikdən differensasiya etmək lazımdır?
CAVAB D. Retrosternal ağrı ilə müaraciət edən xəstələrdə ilk növbədə ürək xəstəliklərini araşdırmaq lazımdır. Kəskin ürək-damar xəstəlikləri inkar olunduqdan sonra digər xəstəlikləri axtarmaq olar.
14. Qida borusunun funksional xəstəliklərin diaqnostikasında əsas müayinə hansıdır?
CAVAB D.Qida borusunun fizioloji vəziyyəti haqqında (qida borusunun yuxarı və aşağı sfinktorlarının gücü, yığılma və relaksasiya müddəti və udma aktı zaman və sakit vəziyyətdə qida borusu divarlarının peristaltik fəallığının xüsusiyyətləri) ən informativ müayinə üsulu manometriyadır.
15. Qida borusunun hansı xəstəliyində pH-metriya mütləq aparılmalıdır?
CAVAB A. pH- metriya - kardidan 5 sm yuxarı qoyulmuş xüsusi zond vasitəsilə mədə-qida borusu reflüksünün intensivliyini müəyyən etmə metodudur. Bu üsul xəstənin şikayətlərinin reflukslə əlaqədar olub-olmadığını yoxmalaq üçün aparılır. 24 saatlq pH-metriya müayinəsi turş mədə şirəsinin qida borusuna reflüksünü qeyd edilir və xəstənin şikayətləri ilə tutuşdurularaq qərar veririlir.
16. Mədə-qida borusu reflyüksündə pH necə dəyişir və hansı simptomu yaradır?
Cavab D. Mədə-qida borusu reflyüksündə pH aşağı düşür (çünki mühit turşlaşır) və mədə turşusunun qida borusu epitelinə olan dağıdıcı təsirin yaratdığı iltihab və spazm ağrı ilə müşayiət olunur.
17. Qida borusu xərçəngində aparılan ezofaqoektomiya, mədə bousu ilə intraplevral anastomozlardan sonra hansı ağırlaşma rast gəlmir?
CAVAB A.Qida borusu xərçəngində aparılan operasiyalarda intraplevral anastomozların qoyulması bir sıra hallarda hallarda ciddi ağırlaşmalara gətirib çıxarır və yüksək ölüm (30%-ə qədər) faizi ilə müşayiət olunur. Bu ağırlaşmalara anastomoz tutmazlığı, tənəffüs çatmazlığı, anastomoz nahiyəsində xərçəngin residiv verməsi, reflüks-ezofaqit aiddir. Gətirici ilgək sindromu bağırsaq anastomozlarından sonra rast gəlir.
18. Qida borusu axalaziyası olan xəstədə balon dilatasiyası vaxtı yatrogen cırılma baş vermişdir və cırılmadan 4 saat vaxt keçmişdir. Hansı müalicəni secərdiniz?
Cavab D. Qida borusunun manipulyasiyaları zamanı yatrogen cırılmalar olarsa yaxın saatlatda (irinli mediastinit inkişaf edənədək) cırılma tikilməlidir. Ona görə də bu situasiyada ilk növbədə qida borusunun defekti bərpa edilməli, sonra axlaziyaya görə miotomiya və fundoplikasiya aparılmalıdır. (Orta)
19. Qida borusu perforasiyasına şübhə olan xəstədə diaqnozu dəqiqləşdirmək üçün ilk olaraq hansı müayinəni secərdiniz?
Cavab B. Qida borusu perforasiyasına şübhə olan xəstədə ən informativ müayinə üsulu boynun və döş qəfəsinin suda həll olan barium kontrastı ilə rentgen müayinəsidir ki, bu zaman duru kontrastın qida borusunun hüdudlarından kənara çıxması onun tamlığının pozulmasına dəlalət edir.
20. Qida borusu perforasiyalarının ən çox rast gələn səbəbi hansıdır?
Cavab A. Qida borusu perforasiyaları ən çox instrumental müayinələr (ballon dilatasiyası, stenlənmə, ezofaqofibroskopiya və s.) zamanı baş verir, yəni yatrogen səbəblərlə bağlı olur.
21. Bərk qidaların qəbulu zamanı baş verən disfaqiyanın səbəbi deyil?
CAVAB D. Yalnız bərk qidaların qəbulu zamanı baş verən disfaqiya adətən qida borusunun üzvi daralmalarında rast gələn əlamətdir: karsinomas, xoş xassəli (kimyəvi yanıqlar) strikturaları, qida borusu membranı. Funksional xəstəliklərdə adətən paradoksal disfaqiya, yəni bərk qidanın keçməsi, sulu qidaların çətin keçməsi müşahidə edilir.
22. Qida borusunun karsinoması və reflüks-ezofaqit üçün ortaq əlamətlər hansılardır?
Cavab A. Qida borusundan qida keçərkən yanğı hissinin və döş sümüyü arxasında ağrının olması qida borusu karsinoması və refküks ezofaqitin xarakter əlamətləri sayılır.
23. Qida borusunun atreziyası, stenozu, qida-borusu-traxeal və qida borusu-bronxial fistulaları zamanı ən çox baş verən ağırlaşma hansıdır?
CAVAB D. Aspirasion pnevmoniya, durğunluq ezofaqiti, qida borusunun strikturası, reflüks ezofaqit, peptiki xora qida borusunun atreziyası, stenozu, qida-borusu-traxeal və qida borusu-bronxial fistulaları zamanı baş verən ağırlaşmalardır. Bunlardan ən çox rast gəlinəni aspirasion pnevmoniyadır.
24. Qida borusunun inkişaf qüsurlarının diaqnostikasında hansı müayinə üsulları daha önəmli hesab edilir?
CAVAB B. Qida borusunun inkişaf qüsurlarının diaqnostikasında ezofaqoskopiya və bronxoskopiya daha önəmli hesab edilir.