17 fevral 2017 tarixində ATU I cərrahi xəstəliklər kafedrası və Türkiyəinin İnönü Universitetinin təşəbbüsü ilə ATU-nun Tədris Cərrahi Klinikasında III Orqan Transplantasiyası Günləri konfransı keçirildi. Qaraciyər, böyrək, mədəaltı vəzin köçürülməsinin aktual məsələləri, xəstələrin seçilməsi, perioperativ aparılması, ağırlaşmaların müalicəsi ilə bağlı məruzələr edildi. Konfrans çoxlu suallar və geniş müzakirə ilə işinə davam etdi.