Azərbaycan Tibb Universitetinin I Cərrahi xəstəliklər kafedrasının III il rezidenti Bayramova Elnurə 29 – 30.09.2017-ci il tarixlərində Türkiyənin İstanbul şəhərində “Pelvik Taban Posterior Kompartman Sorunlarına Yaklaşım; Obstetrik Anal Sfinkter Hasarı, Rektosel, Rektovaginal Fistül” və “ Peritona Metastatik Kolorektal ve Appendiks Kanserlerinde Sitoredüktif Cerrahi ve İntraperitoneal Kemoterapi Kursu – III” adlı konfransında iştirak etmişdir. Konfrans türk Uroginekoloji, Onkoloji və Çanaq dibi Rekonstruktiv Cərrahiyyə dərnəyi ilə Türk Kolon və Rektum Cərrahi Dərnəyi tərəfindən təşkil olunmuşdur. I gün anal inkontinensiya, rektovaginal fistul, rektoselin diaqnostika və müalicə növlərindən bəhs edilmiş, canlı cərrahiyyə (anal sfinkterin bərpası) aparılmış, sonrakı bölmədə anal sfinkterin heyvan modeli üzərində təmiri aparılmışdır; II gün normal və xəstələnmiş periton; omentektomiya; radioloji düzgün qiymətləndirmə; HİPEK və xüsusiyyətlərindən bəhs edilmiş və geniş müzkirələr aparılmışdır.


