Çərşənbə, 13 Dekabr 2017 20:21

Azərbaycan Tibb Universitetinin I Cərrahi xəstəliklər kafedrasının əməkdaşı “5-ci Dilemmas and Debates in Colorectal Surgery” konfransında

Azərbaycan Tibb Universitetinin I Cərrahi xəstəliklər kafedrasının baş laborantı Əhmədova Esmira Dekabr ayının 7-9 tarixlərində “5-ci Dilemmas and Debates in Colorectal Surgery” Kings College Londonda keçirilmiş kongressdə i.tirak etmişdir. Kongressin birinci günü yoğun bağırsağın xoş xassəli xəstəliklərinin və çanaq dibi patologiyalarının müasir diaqnostika və müalicə üsullarının müzakirəsinə həsr edilmişdir. Kongressdə Avropanın və Şimali Amerikanın aparıcı mütəxəssisləri öz praktiki nəticələri ilə bölüşdülər. Müxtəlif klinik nümunələrin müzakirəsi xüsusi maraq kəsb edirdi. Kongersin sonuncu günü Kings College Hospitalında praktiki “workshop” şəklində təşkil edilmişdi. Canaq dibinin funksional və anatomik vəziyyətinin qiymətləndirilməsi üsulları müzakirə edildi, bir neçə xəstə üzərində müayinələr aparıldı.