Bazar, 21 Yanvar 2018 21:59

“Laparoskopik Kolorektal Cerrahi Teknikler” mövzusunda online kurs keçirilib

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında Türkiyənin “Ulusal Endoskopik Laparoskopik Cerrahi Derneği”, İstanbul Universitetinin “Sürekli Tıp Eğitim Araştırma və Uygulama Merkezi” və Tədris Cərrahiyyə Klinikasının təşkilatçılığı ilə online kurs keçirilib. Yanvarın 18-də baş tutan konfrans Laparoskopik Cərrahiyyə Kursu və Korrekteal Cərrahiyyə texnikaları mövzularına həsr edilib. Yanvarın 18-də baş tutan Korrekteal Cərrahiyyədə texnikalar mövzusuna həsr edilmiş Laparoskopik Cərrahiyyə Kursunun rəhbərliyi Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası tərəfindən AMEA-nın müxbir üzvü Nuru Bayramova həvalə edilmişdir. Kurs proqramında, əməliyyatlarda çəkilmiş görüntülər nümayiş etdirilib, laparoskopik kolorektal cərrahi sahəsində müasir metodların texniki incəlikləri həkim və rezidentlərə çatdırılıb. Sonda müzakirə edilən məsələlərlə bağlı geniş müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.