Bazar, 04 Fevral 2018 22:19

Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrası, Histologiya, Embriologiya və Sitologiya kafedrası və Malatya Universitetinin (Türkiyə) Orqan Transplantasiyası İnstitutu arasında bağlanmış müştərək elmi-tədqiqat işləri üzrə çoxtərəfli

02.02.2018 ildə Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrasında həmin kafedra, Universitetin Histologiya və Embriologiya kafedrası və Malatya Universitetinin (Türkiyə) Orqan Transplantasiyası İnstitutu arasında bağlanmış müştərək elmi-tədqiqat işləri üzrə çoxtərəfli müqavilə ilə bağlı növbəti hesabat iclası keçirildi

İclası giriş sözü ilə AMEA-nın müxbir üzvü, prof. N.Y. Bayramov açaraq “Yağlı qaraciyərin donor qaraciyər parçası və resipientə köçürülmüş qaraciyər toxumasının elektron mikroskopik dəyişiklikləri” mövzusunda müştərək elmi tədqiqat işinin məqsədi, istiqamətləri və klinik perspektivləri haqqında geniş məlumat verdi. Histologiya və Embriologiya kafedrasının müdiri professor Eldar Qasımov mövzu üzrə aparılmış elmi-tədqiqat işinin ilk nəticələri haqqında məlumat verdi və tədqiqatların davam etdirilməsinin zəruriliyini əsaslandırdı. Sonra natiq iştirakçıların suallarını cavablandırdı. Sonra söz histologiya və embriologiya kafedrasının assistenti tibb ü.f.d. Mahmud Bağırzadəyə və söz verildi. O bu günədək aparılmış optik və elektron-mikroskopik tədqiqatların nəricələrini təqdim etdi və növbəti dövr üçün görüləcək işlərin həcmi, məqsədi və istiqamətlərini bildirdi.

Prof. N.Y.Bayramov çoxtərəfli elmi-tədqiqat işində iştirak edən I cərrahi xəstəliklər kafedrasının əməkdaşlarından ibarət akademik qrupun üzvlərinə işin davamı, intensivliyinin artırılması üçün tapşırıqlarını, tövsiyyələrini verdikdən sonra müştərək hesabat iclasını bağlı elan etdi.