Çərşənbə axşamı, 03 Aprel 2018 16:37

ATU-nun I cərrahi xəstəliklər kafedrasının ənənənvi elmi-praktik səhər konfransında xəstələrin cərrahi əməliyyatönü vəziyyəti, anesteziya və əməliyyat riskləri müzakirə olundu

30.03.2018-ci ildə ATU-nun I cərrahi xəstəliklər kafedrasının ənənənvi elmi-praktik səhər konfransı Tədris Cərrahiyyə Klinikasının Anesteziologiya və Cərrahi Reanimasiya şöbəsinin müdiri – Cavid Paşayev, əməkdaşları və rezidentləri ilə birgə keçirildi. Konfransda xəstələrin cərrahi əməliyyatönü vəziyyətini, anesteziya və əməliyyat risklərini, xəstəliklərin ağırlıq dərəcələrini məcmuu surətdə əks etdirən ümumi qəbul edilmiş beynəlxalq təsnifatlar və şkalalar (ASA təsnifatı, Ümumdünya Səhiyyə təşkilatının tövsiyə etdiyi performans, Charlisson indeksi, SOFA şkalası və b.) təqdim və müzakirə edildi. Sonda kafedra müdiri, AMEA-nın müxbir üzvü, prof. N.Y. Bayramov çıxış edərək müzakirə olunan mövzunun klinik – təcrübi əhəmiyyətini qeyd etdi, bu təsnifatların hər bir xəstə üçün əməliyyata hazırlıq döründə xəstəlik tarixində əksini tapmasının vacibliyini bildirdi. Çünki həmin təsnifatlar və şkalalar ümumilikdə istifadə edilərsə, xəstənin vəziyyətinin, cərrahi əməliyyatın və ümumi müalicə prosesinin nəticələrinin, ağırlaşmaların, xüsusilə xəstəliyin proqnozunun müəyyənləşdirilməsində mühüm rol oynayırlar.