“Dünyanin 50 dən çox dövlətindən Oxfrod Universitetindən göndərilən rəsmi olaraq dəvət olunmuş 300-ə yaxın Bariatrik-Metabolik Cərrahiyyə ilə məşğul olan Cərrahların qatıldığı bu möhtəşəm Kongres çox effektiv planlanmışdır. Biz milli dərnək olaraq Oxford Universitetində təşkil olunan bu konfransda Dünya şöhrətli Professorların işləri, həmçinin Bariatrik-Metabolik cərrahiyyənin müasir nailiyyətləri ilə yaxından tanış olduq və eyni zamanda öz təcrübələrimizə dair fikir mübadiləsi apardıq. Konfrans Böyük Britaniyanın nüfuzlu tibb ocaqlarından biri olan “Royal College of Surgeon” tərəfindən akreditasiya olunaraq 12 CME balı ilə qiymətləndirilmişdir. Düşünürük ki, önünümzdəki Beynəlxalq tədbirlərdədə Bariatrik-Metabolik Cərrahiyyə sahəsində aparılan işlər barəsində geniş məlumatlar verib təcrübə mübadiləsi apararaq bu sahəni Ölkəmizdə daha da irəli getməsinə nail olacağıq. Bu möhtəşəm Kongresi də Azərbaycan Bariatrik-Metabolik cərrahiyyəsini təmsil edərək başa vurduq…” Öz təəsüratların bölüşən dərnək sədri Kongresin işini çox yüksək qiymətləndirərək gələcəkdə belə Beynəlxalq tədbirlərin Ölkəmizdədə olacağına əmindir.





