Bazar ertəsi, 23 Aprel 2018 22:18

ATU-nun I cərrahi xəstəliklər kafedrasının ənənənvi elmi-praktik səhər konfransında “Abdominal hipertenziya və kompartman sindromu” müzakirə olundu.

ATU-nun I cərrahi xəstəliklər kafedrasının ənənənvi elmi-praktik səhər konfransı Tədris Cərrahiyyə Klinikasının Anesteziologiya və Cərrahi Reanimasiya şöbəsinin müdiri – Cavid Paşayev, əməkdaşları və rezidentləri ilə birgə keçirildi. Konfransda Anesteziologiya və Cərrahi Reanimasiya şöbəsinin həkimi Aygül Nəsibova “Abdominal hipertenziya və kompartman sindromu” olan xəstələrin anesteziyaloji baxımdan, “Ümumi cərrahiyyə və anesteziologiya” kafedrasının assistenti, tibb ü.f.d., Elnu Qasımov isə cərrahi baxımdan həmin xəstələrin əməliyyatönü vəziyyətini, əməliyyatdaxili və potoperativ aparılması, ağırlıq dərəcələri təqdim və müzakirə edildi. Sonda kafedra müdiri, AMEA-nın müxbir üzvü, prof. N.Y. Bayramov çıxış edərək müzakirə olunan mövzunun klinik – təcrübi əhəmiyyətini qeyd etdi.