
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyinə həsr olunmuş “Təbabətin aktual problemləri” mövzusu üzrə elmi-praktik konfrans keçirildi
27 aprel 2017-ci il tarixində Azərbaycan Tibb Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyinə həsr olunmuş “Təbabətin aktual problemləri” mövzusu üzrə elmi-praktik konfransın “Cərrahlıq” bölümü iclası AMEA-nın müxbir üzvü, prof. S.B. İmamverdiyev, prof. H.F. Bağırova və dos. N.A. Zeynalovun həmsədrliyi altında ATU Tədris Cərrahiyyə Klinikasında keçirildi. İclasda I cərrahi xəstəliklər kafedrasından tibb ü.f.d. Taryel Ömərov “Sleeve qastrektomiya texniki modifikasiyasının aşırı piylənməsi olan xəstələrdə tətbiqinin yaxın dövr nəticələri”, tibb ü.f.d. Elman Əzimov “Düz bağırsağın bədxassəli törəmələrində icra edilmiş total mezorektal eksiziyanın nəticələri” və tibb ü.f.d. Azər Hümmətov “Təkrari və mürəkkəb tiroidektomiyalarda qayda qırtlaq sinirinin qorunması” mövzularında çıxışları iştirakçılar tərəfindən maraqla qarşılandı.
