

30.04.2018-ci il tarixdə Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrası Almaniyanın OPTEC-Zeiss qrupu ilə birgə “Müasir hüceyrə texnologiyaları Mərkəzinin təşkilinin klinik aspektləri” mövzusunda real online rejimdə Vebinar keçkrilmişdir. Vebinarı giriş sözü ilə AMEA-nın müxbir üzvü, prof. N.Y. Bayramov açaraq kök hüceyrələri, onların fiziologiyası, təsnifatı, klinikada tətbiq səviyyəsi barədə qısa məlumat verdi. OPTEC-Zeiss qrupunun hüceyrə texnologiyaları kampaniyası şöbəsinin rəhbəri T.O.Maligina yuxarıda qeyd edilən mövzuda görüntülü çıxış etdi. Natiq kafedranın əməkdaşlarının suallarına cavab verdi. Prof. N.Y. Bayramovun təşkilatçılara qrupun Azərbaycan nümayəndəliyinə və T.O. Maliginaya təşəkkürlərini bildirərək bu tip əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyinə ümidlərini, Vebinarların səmərəli olacağını bildirdi.

