ATU TCK-da “Pediatrik Transplantalogiya”ya aid konfrans keçirilib
01.06.2018-ci ildə ATU TCK-nın böyük konfrans salonunda Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrasının və Türkiyənin Acıbadəm Universitetinin tibb fakultəsinin birgə təşkilatçılığı ilə IV Azərbaycan-Türkiyə Ortaq Hepatoloji kursu keçirildi. Toplantını giriş sözü ilə klinikanın direktoru əməkdar həkim, Professor Surxay Hadıyev açaraq qonaqlara və təşkilatçılara təşəkkürlərini bildirdi. Sonra AMEA-nın müxbir üzvü, Professor N.Y. Bayramovun sədrliyi altında toplantı davam etdirildi. Acıbadəm Universitetinin professorları böyüklərdə və uşaqlarda qaraciyər transplantasiyasına və portal tromboza həsr olunmuş elmi-təcrübi mövzularla çıxış etdilər. Çıxışlar maraqla qarşılandı, iştirakçıların suallarına ətraflı cavablar verildi və fəal diskussiya şəraitində toplantı tamamlandı. Sonda Prof. N.Y. Bayramov kursa dəvət olunmuş qonaqlara və bütün iştirakçılara təşəkkürünü bildirdi.
