Şənbə, 06 Oktyabr 2018 16:57

ATU-nun I cərrahi xəstəliklər kafedrasının professoru Tbilisi şəhərində keçirilən 1-ci Beynəlxalq Ürək Cərrahiyyəsi Konqresində

ATU-nun I cərrahi xəstəliklər kafedrasının professoru, tibb üzrə elmlər doktoru, Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, Kamran Musayev Tbilisi şəhərində keçirilən 1-ci Beynəlxalq Ürək Cərrahiyyəsi Konqresində “Aortal qapağın təmiri – Bakı təcrübəsi” mövzusunda mühazirə ilə çıxış edib. Konqresdə azərbaycanlı cərrah-kardioloq Gürcüstan Ürək Cərrahiyyəsi Cəmiyyətinin fəxri üzvü seçilib. Gürcüstan Ürək Cərrahiyyəsi Cəmiyyətinin sədri, professor Sulxan Lominadze ona üzvlük diplomunu təqdim edib.

Konqres başa çatandan sonra Kamran Musayev deyib: “Qonşu ölkənin ürək-damar cərrahları ilə uzun müddətdir ki, əməkdaşlıq edirik. Mütəmadi olaraq onlarla müxtəlif beynəlxalq elmi tədbirlərdə görüşür, təcrübə mübadiləsi aparırıq. Bakıda təşkil etdiyimiz “Bakı Ürək Günləri” beynəlxalq konqresində gürcüstanlı həmkarlarımız fəal iştirak ediblər. Biz də öz növbəmizdə onların keçirdiyi ilk beynəlxalq konqresdə iştirak edib onlara dəstəyimizi göstərdik. Gürcüstan Ürək Cərrahiyyəsi Cəmiyyətinin fəxri üzvü seçilməyimi əməkdaşlığımızın daha da möhkəmlənməsi üçün yeni bir addım kimi qiymətləndirirəm. İnanıram ki, təşkilatlarımız arasında əməkdaşlıq bundan sonra da uğurla davam edəcək”.

Tbilisi 1018 Img 1
Tbilisi 1018 Img 2
Tbilisi 1018 Img 3
Tbilisi 1018 Img 4
Tbilisi 1018 Img 5
Tbilisi 1018 Img 6