Çərşənbə, 10 Oktyabr 2018 23:10
Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrasının əməkdaşı Avstriyanın Salzburq şəhərində Cərrahiyyə üzrə seminarda iştirak edib
Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrasının assistenti, tibb elmləri üzrə fəlsəfə doktoru Salahova Sevinc 01.10-06.10.2018 tarixdə Avstriyanın Salzburq şəhərində Cərrahiyyə üzrə seminarda iştirak edib. Cərrahiyyədə yeniliklər barədə Amerika və bir sıra Avropa ölkələrindən dəvət olunmuş professorlar tərəfindən leksiyalar keçirilib. Həkimimiz “Qaraciyər sarkoidozu” diaqnozu ilə xəstə təqdim edib. Bu mövzu çox maraqlı müzakirəyə səsbəb olub. Sonda seminarı müvəffəqiyyətlə bitirərək 34 CME sertifikat təqdim edilib.
