13-cü Avropa Koloproktoliji Cəmiyyətinin növbəti konfransı 26 – 28 sentyabr Fransanin Nice şəhərində keçirilmişdir. Konfransda Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrasının əməkdaşları Dos., Tibb ü.f.d., İmanova S.S., baş laborant Əhmədova E.V., və Avropa Koloproktoliji Cəmiyyətinin Milli Təmsilçisi doktorant, Tibb ü.f.d., Səfiyeva A.K., iştirak etmişdilər. Konfransadan bir gün əvvəl yəni 25 sentyabrda isə Milli Təmsilçilərin növbəti dairəvi stol arxasında toplantısı baş tutdu. Toplantıda milli təmsilçilərin arzu və iradları dinlənildi. Etdikləri işlərin məlumatı verildi. Çox sevindirici haldır ki, bu ilin may 5-də Bakida baş tutan II Azərbaycan –Turkiyə KoloRektal cərrahiyyə günləri bu iclasda müsbət hal kimi qeyd edildi.
26 Sentyabrda isə ESCP prezidentinin iştirakı ilə böyük toplantı keçirildi. Toplantıda yeni seçilmiş prezident təqdim edildi. Yeni Prezident prof. Per J.Nilsson oldu. Növbəti ilin programının anonsu verildi. Toplantıda ESCP prezidenti Prof., Ethem Gecim son çıxışını edərkən Azərbaycanı ESCP ailəsinin ən gənc üzvü kimi qeyd edərək işlərində ugurlar arzuladı. ESCP elmi progarmında kolorektal xərçəngdə cərrahi əməliyyatlarda yeniliklər, Watch and wait for rectal cancer, hemorroidektomiyada yeni texnika və ya geriyə qayıdış, video sessiyalar, Satellit Simpoziumlar, Fecal incontinence, TaTMe və iltihabi bağırsaq xəstəlikləri və bu kimi başqa mövzular yer almışdır. Ən maraqlı mövzular Kolorektal kanserlərdə lateral pelvic, paraaortik limfa disseksyaların aparımasının rektal kanserlərdə əməliyyatöncəsi KRT-dan faydalı olamasını göstərən çalışma idi, bu çalışma Rusiyadan Tsarkov tərəfindən təqdim edildi. “İzlə və gözlə” Rektum kanserlərində nəticələr haqda Portuqaliya və İngiltərədən olan çıxışçılar tərəfindən məlumat verildi və bunun T2 və T3 kanserlərində daha effektiv olması qeyd edildi. Hemoroidektomiyada daha çox LigaSure hemorroidektomiya uygun texnika olaraq qəbul edidli. Anal fistullarda LİFT, Flap və yeni plug texnologiyası təqdim edildi. İltihabi Bağırsaq xəstəliklərində daha çox mərkəzşləşdirilmiş tibbi xidmət göstərilməsi önərildi, bu haqda Omar Faiz çox maraqlı cıxış etdi.
Qeyd etmək lazımdır ki, bu cəmiyyət hər il müxtəlif kurslar təşkil edir və müsabiqə yolu ilə bu yerlərə namizədlər qəbul edilir. 2017-ci ildə 6 aylıq1 Fellowship üçün 1 yer olmuşdur. Bu yerə Kafedramizin əməkdaşı Esmira Əhmədova qəbul edilmişir. Bu kursu E.V.Əhmədova İyul 2017- Yanvar 2018 ci il müddətində İngiltərənin London şəhərində Barts Health xəstəxanalar şəbəkəsində kolorektal və çanaq dibi cərrahiyyəsi şöbələrində Prof.Pasquale Giordanonun rəhbərliyi altında keçmişdir. Bu barədə kongressin 2-ci günü Fellowship up-date bölməsində E.V.Əhmədova geniş məruze elədi. Sonda cəmiyyətinin elm hissəsinin rəhbəri-Prof. Klaus Matzel tərəfindən sertifikat verildi.
Nəticə olaraq ESCP 2018 toplantısı məhsuldar keçdi. Gələn ildə ESCP 2019 Vyanada olmasının anonsu verildi.
