18 – 21 oktyabr 2018 il tarixlərində, Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, professor, N.Y.Bayramov və assistenti, tibb ü.f.d., S.Ş. Salahova Türkiyənin Antaliya şəhərində keçirilən “1st International Transplant Network Congress (I Beynəlxalq transplantologiya konqresi)” iştirakçıları olmuşlar. Konqresin ilk günündə transplantologiyanın müxtəlif sahələrinə uyğun kurslar keçirilmişdir. Professor və assistentimiz qaraciyər transplantasiyası cərrahiyyəsi və hepatoloji kurslarında iştirak etmişdirlər. Kurslarda qaraciyər trnsplantasiyasına göstərişlər, cərrahi taktikalar, əməliyyat daxili və əməliyyatdan sonrakı ağırlaşmalar, proqnoz mövzularında geniş məlumatlar verilmişdir. Sonrakı günlərdə 130 ölkədən gələn nümayəndədlər qaraciyər, böyrək, ağ ciyər və digər orqanların transplantasiyasına dair ayrı ayrı panellərdə çıxışlar oldu. Transplantologiyanın bir çox problemlərinə toxunuldu və müzakirələr aparıldı.

