Xəbərdarlıq

JUser: :_load: Не удалось загрузить пользователя с ID: 806
Bazar ertəsi, 14 Oktyabr 2013 23:26

Professor Nevzat Doğan klinikamızda

Bu günlərdə ATU həmişə olduğu kimi daha bir fəxri qonağına öz qapılarını açdı. Almaniyanın Münster Universitetinin, Nordhorn şəhərində yerləşən tədris bazası olan Euregio klinikasınn visseral cərrahiyyə bölümünün müdiri, eyni zamanda klinikanın baş həkimi professor Nevzat Doğan universitetimizin qonağı olmuşdur. Universitetlərarası əlaqənin genişləndirilməsi, tələbə və rezidentlərimizin adı çəkilən klinikada təhsil və təcrübə mübadiləsində iştirakı barədə qarşılıqlı anlaşma olmuşdur. 08.10.2013 tarixində Universitetimizin fəxri dosenti olan prof. Nevzat Doğan ATU-nun I cərrahi xəstəliklər kafedrasında olmuş və kafedra müdiri prof. Nuru Bayramov ilə birlikdə universitetimizin yeni açılmış Tədris Cərrahiyyə klinikası ilə tanış olmuşlar. 12.10.2013 tarixində prof. Nevzat Doğan ATU-nun I cərrahi xəstəlikər kafedrasında mühazirə zalında müəllim, rezident və tələbələr qarşısında bu gün Avropa, o cümlədən Almaniyada tibbin, xüsusilə cərrahiyyənin müasir nailiyyətlərinə həsr olunmuş mühazirə oxumuşdur.

prof. N.Bayramov və prof. Nevzat Doğan