“Cərrahi xəstələrin əməliyyatönü hazırlığı” mövzusuna aid seminar – 11.10.2017

Azərbaycan Tibb Universitetinin I Cərrahi xəstəliklər kafedrasının II il rezidenti Tairova Həmidə 11.10.2017-ci il tarixində rezidentlərin seminar praktik məşğələsində “Cərrahi xəstələrin əməliyyatönü hazırlığı” mövzusu ilə çıxış etmişdir. Çıxış zamanı mövzunun aktuallığı, müasir müayinə metodları, xüsusi ilə də əməliyyatönü hazırlıqlardan biri olan bağırsaqların mexaniki təmizlənməsi qeyd edilmiş, ən son araştırmalara əsasən bu hazırlığın post-op dönəmdə ağırlaşmaların artırdığı vurğulanmışdır. Sonda mövzu ilə bağlı suallar müzakirə edildi. Təklif və iradlar irəli sürüldü.