"Bağırsaq keçməzliyi" mövzusuna aid seminar - 25.10.2017
Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrasının rezidentlərinin növbəti seminarı 25.10.2017-ci il tarixdə keçirildi. Semiarda ümumi cərrahiyyə ixtisası üzrə V kurs rezidenti Elvin Mahir oğlu İsazadə "Bağırsaq keçməzliyi" mövzusunda çıxış etmişdir. Çıxış zamanı bağırsaq keçməzliyinin növləri, diaqnostik yanaşma, differensial diaqnostikası, müalicəsi haqqında danışıldı. Mövzu ətrafında rezidentlər və həkimlər geniş müzakirələr apardı.
