Xəbərdarlıq

JUser: :_load: Не удалось загрузить пользователя с ID: 806
Cümə, 21 Noyabr 2014 23:57

Professor Ahmet Türkçaparın mühazirəsi

Bu gün Türkiyənin məşhur laparoskopik və bariatrik cərrahı professor Ahmet Türkçapar I cərrahi xəstəliklər kafedrasında bariatrik cərrahlıq barədə mühazirəsi ilə çıxış etdi. Piylənmə və metabolik pozulmaların müalicəsində tətbiq edilən üsulun tarixi, bu günkü vəziyyəti, xəstələrin seçilməsi meyyarları, qeyri-cərrahi korreksiya yolları, cərrahi əməliyyatlar, ağırlaşmalar və uzaq nəticələr barədə ətraflı məlumat verildi. Mühazirə kafedranın əməkdaşları, rezidentləri və tələbələri tərəfindən böyük maraqla qarşılandı. Sonra piylənmədən əziyyət çəkən xəstə nümayiş edildi, professor Türkçapar onun müalicə taktikasına dair məsləhətlər verdi.

professor Ahmet Türkçapar 1-ci Carrahiyyə Kafedrasında
 
professor Ahmet Türkçapar 1-ci Carrahiyyə Kafedrasında