Xəbərdarlıq

JUser: :_load: Не удалось загрузить пользователя с ID: 806
Şənbə, 24 Oktyabr 2015 00:00

Rezidentlər üçün növbəti kurs keçirildi

23-24 oktyabr 2015-ci il tarixlərində I cərrahi xəstəliklər kafedrasının təşəbbüsü ilə ATU-nun Tədris-Cərrahiyyə klinikasında çalışan birinci il rezidentlərinin bir qrupu üçün Təməl Cərrahi Bacarıqlar I kursu təqdim edilmişdir. Kursun birinci günü klinikanın Təlim-Treninq Mərkəzində, ikinci günü isə ATU-nun Elmi Tədqiqat Mərkəzində keçirilmişdir. Kursda tələbələr steril əməliyyat əşyaları və alətlərdən istifadə qaydaları, müxtəlif cərrahi düyünlərin vurulması texnikası, kəsiklərin aparılması və tikişlərin qoyulması ilə tanış olmuşdular. Kursun təlimçiləri, cərrahlar Azər Hümmətov, Elnur Qasımov və Emin Əmiraslanov rezidentlərin işinə böyük diqqətlə yanaşmış, bacarıqların doğru yerinə yetirilməsinə nəzarət etmişdilər. I cərrahi xəstəliklər kafedrasının müdiri prof. Nuru Bayramov və Almaniyanın Nordhorn şəhərinin Euregio klinikasının rəhbəri prof. Nevzat Doğan kursun gedişi ilə tanış olmuş və müvafiq məsləhətlər vermişdilər.