

10.02.2017 tarixində I cərrahi xəstəliklər kafedrasında Türkiyənin Kiypo Yüksek Teknoloji Sağlık Sistemleri AŞ nümayəndəsi Volkan Uyanık indosianin yaşıl boyasının flüoressensiya xüsusiyyəti üzərində qurulmuş yeni texnologiyaların cərrahlıqda tətbiqi barəsində maraqlı məruzə etdi. Bu üsul vasitəsi ilə qan dövranı, mikrosirkulyasiya, ödün toplanması dəqiqliklə vizualizasiya olunur, nəticədə əməliyyatlar daha presizion aparılır, əməliyyatla bağlı ağırlaşmaların sayı xeyli azalır. Yeni texnologiyanın Amerika, Avropa və Türkiyədə geniş tətbiq olunması auditoriyanın nəzərinə çatdırıldı.

