Bazar ertəsi, 05 Noyabr 2018 22:24
Azərbaycan Tibb Universitetinin rezidentlərinin yekun attestasiya imtahanı keçirilmişdir.
29-30 oktyabr tarixlərində Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında rezidentlərin yekun attestasiya imtahanları keçirilib.
Qeyd edək ki, bu il 41 bazadan ümumilikdə 330 nəfər yekun attestasiyasına buraxılıb ki, onlardan da 127 nəfəri ATU-nun məzunlarıdır. Ümumilikdə rezidenturaya aid 38 ixtisas üzrə 375 nəfər yekun attestasiyadan keçib. Onlardan 2-i Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrasının ümumi cərrahiyyə ixtisası üzrə rezidentura kursunu bitirmiş, İsazadə Elvin və Mürvələdova Nərmin imtahanda yüksək nəticələr göstərmişlər. Belə ki, İsazadə Elvin – 99 bal, Mürvələdova Nərmin isə - 96 bal toplamışdır.
