I Cərrahi Xəstəliklər Kafedrası adından kafedramızın dəyərli əməkdaşı, tibb üzrə fəlsəfə doktoru, assistent Anar Namazovun Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Səhiyyə əlaçısı” döş nişanı ilə təltif olunmasını böyük qürur və sevinc hissi ilə qarşılayırıq.
Bu yüksək mükafat Anar müəllimin uzun illər ərzində göstərdiyi fədakar əməyin, peşəkarlığın, insanlara olan səmimi münasibətin və tibbin inkişafına verdiyi töhfələrin layiqli qiymətləndirilməsidir. Onun həm klinik fəaliyyəti, həm də gənc həkimlərin yetişdirilməsində göstərdiyi əzmkarlıq və məsuliyyət kafedramız üçün örnəkdir.
Hörmətli Anar müəllimi bu əlamətdar nailiyyət münasibətilə səmimi-qəlbdən təbrik edir, gələcək fəaliyyətində yeni uğurlar, möhkəm cansağlığı, elmi və peşəkar zirvələr arzulayırıq. Qoy bu mükafat Sizin üçün daha böyük nailiyyətlərin başlanğıcı olsun!
